Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan İsveçlə bağlı açıqlama: "Ərdoğanın təsdiqini alqışlayırıq"
ABŞ-dan İsveçlə bağlı açıqlama: "Ərdoğanın təsdiqini alqışlayırıq"

Blinken İsveçin NATO-ya qəbulu ilə bağlı Prezident Ərdoğanın protokolu təsdiq etməsini alqışladıqlarını deyib.

Bizimyol.info xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken bu barədə sosial media hesabından açıqlama verib.

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında keçirilən müzakirələrdən sonra İsveçin NATO-ya üzvlük prosesinin təsdiqi ilə bağlı protokol səsə qoyulub.

Məclisdə 346 deputat iştirak edib, onlardan 287 deputat lehinə, 55 deputat əleyhinə səs verib və 4 deputat bitərəf qalıb. Sənəd səs çoxluğu ilə qəbul edilib.

Protokolla bağlı açıqlamanı ABŞ dövlət katibi Antoni Blinken verib. Blinken sosial media hesabından etdiyi paylaşımda: “Türkiyə Prezidenti Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq etməsini alqışlayırıq. Biz sənədləri almağı və İsveçi NATO-nun 32-ci üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və ittifaq birlikdə daha güclü olacaq”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »