Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fagradalsfjall vulkanı 4 min əhalisi olan balıqçı şəhəri Qrindaviki külə çevirir - Video
Fagradalsfjall vulkanı 4 min əhalisi olan balıqçı şəhəri Qrindaviki külə çevirir - Video

İslandiyanın cənub-qərbindəki Qrindavik şəhəri yaxınlığındakı Fagradalsfjall vulkanı bir aya yaxındır ki, yenidən aktivləşib.

Bizimyol.info xəbər verir ki, vulkanın lavası 4 min əhalisi olan balıqçı şəhəri Qrindavikə çatıb və qarşısındakı evləri yandırıb məhv etməkdə davam edir.

Prezident Qudni Yohannesson vulkan püskürməsindən sonra heç bir vətəndaş üçün həyati təhlükənin olmadığını açıqlayıb. Noyabrın 11-də Grindavikin 4000 sakininin əksəriyyəti ehtiyat tədbiri olaraq təxliyə edilib. Lavanın qəsəbəyə çatmasının qarşısını almaq üçün torpaq və qayalardan sədd çəkilsə də, sonuncu partlayışdan sonra lava bu maneələri də aşıb. İki il əvvələ qədər Qrindavik yerləşdiyi Reykjanes yarımadasındakı vulkanda səkkiz əsr ərzində heç bir püskürmə baş verməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »