Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyar Ağayev Tofiq Bəhramov kimi iz qoyacaq... "Bəlkə də milli hakimimizə görə oyuna baxmağa gedərik"
Əliyar Ağayev Tofiq Bəhramov kimi iz qoyacaq... "Bəlkə də milli hakimimizə görə oyuna baxmağa gedərik"

Türkiyə futbolunda böyük qalmaqal yaşanır. “Ankaragücü”-“Rizəspor” oyunundan sonra meydan sahiblərinin prezidenti Faruk Koca baş hakim Halil Umut Meleri yumruqla vurub. Referinin gözünün altı şişib. Kadrlarda “Ankaragücü”nün nümayəndələrindən daha iki nəfərin Halil Umut Meleri yerdə təpiklədiyi görünür. Faruk Koca sonradan həbs olunub. Oyunun baş hakimi xəstəxanada karyerasını başa vurduğunu açıqlayıb. Türkiyə çempionatının oyunları dayandırılıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycan futbolunda bu mənada sakitlikdir. Hətta hakimliklə bağlı yaxşı hadisələr baş verir. FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının “Srvena Zvezda”-“Mançester Siti” oyununa təyinat alıb. Baş hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Azərbaycan futbolu üçün böyük hadisədir. Ölkədə bu idman növü ilə bağlı böyük hadisələr yaşanmır. Daha çox “Qarabağ” üzümüzü güldürür. Milli komandalar səviyyəsində uğurlar yox dərəcəsindədir. Yalnız qadın futbolçulardan ibarət millinin Millətlər Liqasında mərhələ adlamasını fərqləndirmək olar.

Media və ictimaiyyətlə əlaqələr üzrə ekspert Orxan Musabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkə futbolunun gələcəyi barədə nikbin düşünməyin tərəfdarıdır.

Orxan Musabəyli Orxan Musabəyli

“Bu ölkədə Tofiq Bəhramov kimi tarixdə iz qoyacaq hakim yetişibsə, deməli, futbolumuzda nəyinsə dəyişəcəyinə hələ də ümid var. Bəlkə elə rəhbərliklər dəyişsə, oyunçular da ədalətli seçilər, eyni zamanda sponsorlar da ədalətli yatırımlar edər, oyunlar da ədalətli oynanar.

Hakimimizə uğurlar arzulamaq qalır. Milli komandamız arzularımızı yerinə yetirməkdə çətinlik çəkdi, artıq milli hakimimiz futbolumuza "su səpər". Kim bilir, bəlkə də elə hakimlərimizə görə oyunlara baxmağa gedərik”- deyə ekspert qeyd edib.

Həqiqətən də, Əliyar Ağayev Avropada Azərbaycan futbolunun başını uca edir. O, UEFA Avropa Liqasının qrup mərhələsində meydana çıxmış ilk azərbaycanlı hakim kimi tarixə düşüb. 2015-ci ilin dekabrında “Rapid” (Vyana) – “Dinamo” (Minsk) oyununda əsas söz sahibi olmuşdu. Çempionlar Liqasının qrup mərhələsində görünən ilk azərbaycanlı hakim də Əliyar Ağayev olub. Referi bir il əvvəl Danimarkada “Kopenhagen” – “Borussiya” (Dortmund) qarşılaşmasında baş hakim funksiyasını üzərinə götürüb. Əliyar Ağayevin həmin oyunda köməkçiləri məhz Zeynal Zeynalovla Akif Əmirəli olmuşdu.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »