Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayın səthinə Günəşdən düşən qayaların hidrogen yaratdığı aşkar edilib
Ayın səthinə Günəşdən düşən qayaların hidrogen yaratdığı aşkar edilib

Yer planetindən başqa həyat formalarının olub-olmadığı araşdırılarkən, bəşəriyyətin kosmosun başqa planetlərində yaşayışın olması ehtimalı maraq doğurur. Bu maraqla tədqiqatçılar Ayın səthində tərkibində hidrogen olan süxurlar aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, "Apollon" kosmik gəmisi tərəfindən kəşf edilən bu qayalar Günəşdən qopan parçalardan ibarət oluğu bildirilir.

Tədqiqatçılar bu qaya parçalarında tapılan hidrogenin nadir olsa da, Aydakı oksigenlə birləşə bilməsi ehtimalına diqqət yetiriblər.

"Apollon"la Aydan düz 382 kilo daş gətirilib.

Gətirilmiş qaya nümunələrinin bir hissəsi tədqiq edilib. Qalanları isə gələcək tədqiqatlar üçün saxlanılır. Katherine D. Burgess və komanda üzvləri Brittany A. Cymes və Rhonda M. Stroudun rəhbərlik etdiyi ABŞ Dəniz Tədqiqat Laboratoriyasının komandası, Aydakı oksigenin Günəşdən qopan parçalardakı hidrogenlə birləşdiyi zaman suyun əmələ gələ biləcəyini söyləyiblər.

Tədqiq olunan nümunələr üçün transmissiya elektron mikroskopundan istifadə edilib. Bu mikroskop elektron hissəcik şüalarından istifadə edir. Beləliklə, nümunələrin vizuallaşdırılması və icmal şəkillərinin yaradılması tədqiqatçıların işini asanlaşdırır.

Kosmosda hava şəraiti kəşf edilmiş ola bilər!

Apatit və merrillit minerallarının dənələrini araşdıran tədqiqat qrupu Günəşin yaratdığı küləyin təsiriylə kosmosda hava şəraitinin olduğunu aşkar edib. Günəşin yaratdığı külək saatda 1,6 milyon km-ə qədər sürətlə Günəşdən xaricə uçan yüklü hissəciklərdən ibarətdir.

Günəşin yaratdığı küləyin parçaladığı hissələrdə görünən hidrogen, tədqiqatçıların gələcəkdə edəcəkləri kəşflərə və bəlkə də Ayda həyatın yaranmasına şərait yarada bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »