Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə nə qədər turist gəlir və bu nə qədər gəlir gətirir...
Türkiyəyə nə qədər turist gəlir və bu nə qədər gəlir gətirir...

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyəyə gələn turistlərin sayını açıqlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı artıb.

Bizimyol.info xəbər veririr ki, Mədəniyyət və Turizm naziri qatıldığı tədbirdə gündəmlə bağlı qiymətləndirmələr edib.

Nazir Ersoy açıqlamalarında Türkiyənin bu il qəbul etdiyi turistlərin sayını da açıqlayıb. Açıqlamada Türkiyənin bu il daha çox turist qəbul etdiyi ortaya çıxıb.

Mehmet Nuri Ersoyun verdiyi açıqlamaya görə, 2023-cü ilin yanvar-oktyabr ayları arasında Türkiyəyə 50,2 milyon turist gəlib. Bu rəqəmin keçən ilin eyni dövrünə görə yüzdə 11,58 artıma uyğun gəldiyini ifadə edən Ersoy, turizm gəlirlərində də artım olduğunu açıqladı.

Turizm gəliri 42 milyard dollara çatıb

Nazir Ersoy turizm gəlirinin bu il yüzdə 20 artımla 42 milyard dollara çatdığını bildirib: "Lakin bu gəlir illik hədəfdən bir qədər aşağıdır. Hökumət bu il turizmdən 55,6 milyard dollar gəlir əldə edəcəyinə ümid edirdi", - deyə o qeyd edib.

Mehmet Nuri Ersoy 2028-ci ildə turizm gəlirinin 100 milyard dollara çatması üçün səylərin davam etdiyini də bildirib: "Maraqlananlar üçün haşiyə olaraq izah edək. Ölkəmiz bütün 2022-ci ildə 44,5 milyon xarici turisti qəbul edib. Digər tərəfdən; Ölkəmizin turizmdən əldə etdiyi gəlir 46,3 milyard dollar civarında olub. Ancaq unutmaq olmaz ki, il hələ bitməyib. Axı Türkiyə təkcə yay turizminin baş verdiyi ölkə deyil. Turistlər həm də qış turizmi üçün ölkəmizə gəlirlər. Görək 2024-cü ilin yanvarında açıqlanacaq məlumatlar bizi hansı nəticələrlə müqayisə edəcək", - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »