Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA: ""AVRO-2032"yə Türkiyə və İtaliya ev sahibliyi edəcək"
UEFA: ""AVRO-2032"yə Türkiyə və İtaliya ev sahibliyi edəcək"

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyə və İtaliyanın "AVRO-2032"yə ev sahibliyi edəcəyini açıqlayıb. Beləliklə, Türkiyə 7-ci ərizəsində turnirə ev sahibliyi etmək hüququ qazanıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, bu xəbər Türkiyə futbolsevərlərini sevindirən bir hadisə olub. UEFA "AVRO-2032"nin oyunlarının Türkiyə və İtaliyada keçirilməsinə qərar verib. Keçmişdə 6 dəfə müraciət edən, lakin qəbul olunmayan Türkiyə 7-ci müraciətində Avropa Futbol Çempionatına ev sahibliyi etmək hüququ qazanıb.

İsveçrənin Nyon şəhərində keçirilən UEFA-nın toplantısına qatılan Türkiyə Futbol Federasiyası (TFF) rəsmiləri Türkiyə ilə bağlı təqdimat edib. Təbii ki, İtaliya Futbol Federasiyasının (FIGC) nümayəndə heyəti də bu görüşdə iştirak edib. UEFA-nın İdarə Heyəti başqa namizədi olmayan "AVRO-2032"nin Türkiyə və İtaliyada keçirilməsinə qərar verib.

Türkiyə Futbol Federasiyasından açıqlama verilib:

Aralıq dənizi mədəniyyətini paylaşan iki ölkəyə "AVRO-2032"yə ev sahibliyi etmək şərəfini verdiyinə görə UEFA-ya minnətdarlığımızı bildirmək istərdik.

İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) indiyə qədər təşkil edilmiş ən yaxşı Avropa Çempionatına ev sahibliyi etmək üçün birləşərək, yeni dostluq körpüləri qurdu və futbol irsinə qalıcı töhfə verdi.

Önümüzdəki illərdə İtaliya və Türkiyə "Bir Oyna" şüarımızda qeyd olunduğu kimi, böyük ehtiras və bağlılıqla çalışaraq, azarkeşlərə 2032-ci ilə qədər ən yüksək Avropa Çempionatı təcrübəsini təqdim etmək üçün intensiv əməkdaşlıq edəcəklər. Maraqlananlar üçün izah edək: Türkiyə də "AVRO 2008", "AVRO 2012", "AVRO 2016" və "AVRO 2024"ə namizəd idi, lakin əvvəllər qeyd etdiyimiz kimi, seçilmədi.

Nəhayət; Qeyd edək ki, "AVRO-2028" İrlandiya Respublikası və Böyük Britaniyada da keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »