Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: “Futbolçularım bu gün qələbəni çox istəyirdilər”
Qurban Qurbanov: “Futbolçularım bu gün qələbəni çox istəyirdilər”

“Futbolçularım bu gün qələbəni çox istəyirdilər. Bundan bir az narahat idim”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ardından komandasının çıxışını dəyərləndirib: “Futbolçulrıma təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qalibiyyət əldə etdik. Sona kimi tempdən düşmədilər. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”.

Son xəbərlər
Bütün xəbərlər »