Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin təxminən yarısı qonşularının "tüstü"sündən əziyyət çəkir
Əhalinin təxminən yarısı qonşularının "tüstü"sündən əziyyət çəkir

Təl-Əviv Universitetinin yeni araşdırması göstərib ki, böyük şəhərlərdə əhalinin təxminən yarısı siqaret çəkən qonşuların evlərindən onların yaşayış sahəlrinə daxil olan tüstüdən əziyyət çəkirlər.

Bizimyol.info xəbər verir ki, araşdırma İsraildə aparılsa da, xarekterik xüsusiyyətlər dünyanın əksər şəhərlərinə məxsusdur.

Araşdırma onu da üzə çıxarıb ki, zərər çəkmiş dörd ailədən yalnız biri qonşulara və ya ev sahibinə şikayət edir. Tədqiqatçılarının fikrincə, insanların əksəriyyəti qarşıdurmadan qaçmaq üçün şikayət etməməyə üstünlük verir.

Tədqiqatın nəticələri, Ali Məhkəmənin qonşuların balkonlarda, verandalarda və ya pəncərələrin yaxınlığında siqaret çəkməsi nəticəsində yaranan zərərli tüstünün qarşısını almaq məqsədi ilə tədbir görmədiyi üçün müxtəlif nazirliklərə qarşı şikayətə baxdığı vaxta təsadüf edir. Təl-Əviv Universitetinin Tibb Fakültəsinin İctimai Sağlamlıq Məktəbindən professor Leah Rosen rəhbərlik etdiyi tədqiqatçılar qrupunun fikrincə, bu elmi ədəbiyyatda ölkədə problemin miqyasına dair sübutlar təqdim edən ilk tədqiqatdır.

"Bir çoxları tüstüdən çox narahat olduqlarını və sağlamlıqları üçün qorxduqlarını bildirdilər, lakin qarşıdurmadan qaçmaq və mehriban qonşuluq münasibətlərini qorumaq üçün şikayət etməməyə üstünlük verdilər. Bəziləri hətta qonşularının evlərindən daim qalxan tüstü səbəbindən köçməli olduqlarını bildirdilər", - deyə professor bildirib.

Tədqiqat Tel-Əviv Universitetinin alimləri tərəfindən ölkədə ikinci əl tüstülənmə fenomeni ilə bağlı son vaxtlar aparılmış bir sıra tədqiqatların son fəslidir. Birincidə siqaret çəkən valideynlərin uşaqları nikotin izlərinə görə yoxlanılıb və nəticələr bu uşaqların 70 faizinin siqaret tüstüsünün təsirinə məruz qaldığını göstərib.

Tədqiqatçılar həmçinin valideynlərinin balkonda və ya açıq havada siqaret çəkməklə məhdudlaşdırdıqları uşaqların saçlarında nikotin izlərini də axtarıblar. Nəticələr bir daha şok oldu - belə əlamətlər uşaqların 60 faizində tapılıb.

Hal-hazırda, professor Rosen xəbərdarlıq edir, İsrail qanunları xəstəxanalar və məktəblər kimi ictimai yerlərdən on metr məsafədə siqaret çəkməyi qadağan edir, lakin pəncərələrin yaxınlığında və ya eyvanlarda siqaret çəkməyin nəticəsi olaraq ikinci əl tüstüsünə tamamilə məhəl qoymur. Ekspertin fikrincə, bu, getdikcə artan təhlükə qarşısında cəmiyyəti müdafiəsiz qoyan absurd vəziyyətdir.

"Hər halda, tütün tüstüsünün təhlükəsiz məruz qalma səviyyəsinin olmadığını vurğulamaq lazımdır, çünki hətta kiçik miqdarlara qısa müddətli məruz qalma da astma və infarkt kimi böyük zərərlərə səbəb ola bilər. Siqaret tüstüsünün açıq havada 50 fut hündürlüyünə qədər yayıla biləcəyini nəzərə alsaq, çox güman ki, o, sıx məskunlaşmış yaşayış binalarında qonşuların evlərinə yol tapacaq. Bir siqaret çəkən on qonşu mənzilə girə bilər", - deyə Rosen qeyd edib.

Tədqiqatda ölkənin hər yerindən təxminən üç yüz iştirakçı iştirak edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »