Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada ağcaqanadların dişlədiyi turistlər dange xəstəliyinə yoluxublar
İtaliyada ağcaqanadların dişlədiyi turistlər dange xəstəliyinə yoluxublar

Denge qızdırmasının əsas daşıyıcılarından biri olan "Asiya pələngi" ağcaqanadına Avropada daha çox rast gəlinir.

Bizimyol.info xəbər verir ki, bu yaxınlarda Qarda gölü yaxınlığındakı məşhur İtaliya kurortlarında dang qızdırmasının bir neçə halı qeydə alınıb.

Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən viral infeksiyadır. Əsas simptomlara temperaturun qəfil yüksəlməsi, intensiv əzələ ağrısı, baş ağrıları, daha ağır hallarda isə səpgi və qanaxma daxildir. Əvvəllər Avropada dang qızdırması halları adətən tropik bölgələrdən gələn turistlərlə əlaqələndirilirdi. Bununla belə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) görə, hazırda bütün yoluxmuş şəxslər birbaşa İtaliyadan olduğunu,  xususilə də turistlərin daha çox bu xəstəliyin daşıyıcısı olaraq qeydə alındıqlarının müşahidə edildiyini bildirib.

İtaliyanın "Gazzetta dell' Emilia" qəzetinin məlumatına görə, bütün xəstəlik halları Qarda gölündəki Manerba və Padenge turizm mərkəzlərinin ərazilərində qeydə alınıb. İlk xəstə avqustun 18-də qeydə alınıb, səlahiyyətlilər avqustun 21-də ikinci xəstəni elan ediblər və sentyabrın 1-də həkimlər daha dörd xəstəni aşkarladılar. Mühafizə tədbiri olaraq, İtaliya hökuməti zərər çəkmiş ərazilərdə insektisidlərin səpilməsini həyata keçirmək qərarına gəlib.

Xatırladaq ki, bu gün Denge qızdırması üçün xüsusi bir müalicə yoxdur və infeksiyadan sonra yalnız antipiretik və ağrıkəsicilərin köməyi ilə simptomları yüngülləşdirə bilərsiniz.

ECDC insanlara mümükün olduca adı çəkilən kurortlara səyahət etməmələrini tövsiyə edir. Təktilat yoluxmuş şəxslərin xəstəliyin siptomlrını hiss etdikdə dərhal həkimə müraciət etmələrinin vacib olduğunu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »