Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müqəddəs, uğurlu, ruzi gətirən ya tam əksi... 7 rəqəminin anlamı nədir? - Video
Müqəddəs, uğurlu, ruzi gətirən ya tam əksi... 7 rəqəminin anlamı nədir? - Video

Deyirlər rəqəmlərin də nəhsi, düşərlisi, uğurlusu, uğursuzu, ruzi gətirəni, ruzi aparanı olur. Hər zaman eşitmişik ki, 7 uğurlu rəqəmdir. Bəs həqiqətən uğurlu rəqəm varmı?

Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında deyir ki, dünyada numerologiyanın bir neçə növü var. Yəni müxtəlif hesablama növləri var.

“Məsələn İslam dinində əbcəd hesablaması, fen-şuy və s. hesablama növləri var. Yeddi yeganə rəqəmdir ki,hər bir növdə eyni məna daşıyır. Yəni 7 rəqəminin yeganə fərqi budur. Yeddi rəqəminin mənası uğurdur. Sadə dillə desək, ruzidir. Yeddi rəqəmi yeganə rəqəmdir ki, bütün numerologiya hesablamalarında eyni məna daşıyır. Ona görə də müqəddəs deyil, biz ona istiqamətləndirici rəqəm deyirik.

Yeddidən böyük 8 və 9 rəqəmləri var ki, onlar daha güclü rəqəmlərdir. Təkrəqəmlilərin içərisində ən güclüsü doqquzdur. Doqquz Allahın rəqəmidir. Çünki doqquz insanın həyat yolu deməkdir. Ondan güclü bir rəqəm yoxdur. Burada söhbət təkrəqəmlilərdən gedir. Ona görə yeddi ruzu bərəkət istiqamət verici bir rəqəmdir. Amma müqəddəsdirmi? Mən o sözü deyə bilmərəm”-deyə numeroloq vurğulayıb.

Numeroloq Xəyal Məmmədovun 7 rəqəminin anlamı ilə bağlı açıqlamasına Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »