Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefonlarla siqnal olmayan yerlərdən də təcili yardımla əlaqə saxlamaq mümkün olacaq
Telefonlarla siqnal olmayan yerlərdən də təcili yardımla əlaqə saxlamaq mümkün olacaq

"Google" "Mesajlar" proqramına "Apple"ın keçən il təqdim etdiyinə bənzər peyk əlaqəsi funksiyasını gətirməyi planlaşdırır. Siqnal olmayan ərazilərdə belə təcili xidmətlərə çıxış təmin edə bilən bu funksiya 150-dən çox ölkədə mövcud ola bilər.

Bizimyol.info xəbər verir ki, "Apple" keçən il "iPhone 14" seriyası ilə birlikdə peyk vasitəsilə təcili "SOS" xüsusiyyəti ilə əlaqəni də təqdim edib. Həyati xilasetmə funksiyası hətta siqnalın olmadığı nöqtələrdən də təcili yardım xidmətləri ilə əlaqə saxlamağa imkan verir.

İndi məlum oldu ki, "Google" oxşar funksiya üzərində işləyir. Tərtibatçı Neil Rahmouni tərəfindən qeyd edilən xüsusiyyət, peyk vasitəsilə təcili zəngləri təmin edən "Garmin Response" ilə əməkdaşlıqda mövcuddur.

"Google"un mesajlaşma proqramına gəlməsi gözlənilən peyk bağlantısı funksiyası 150-dən çox ölkədə mövcud olacaq. Rahmuninin paylaşımına görə, "Google" fövqəladə hallar zamanı peyklə əlaqə funksiyasını “Mesajlar” tətbiqinə gətirəcək. Bununla da istifadəçilər heç bir siqnal olmadıqda belə təcili xidmətlərə mesaj göndərə biləcəklər.

Iridium peyklərindən istifadə edərək Garmin dünyanın müxtəlif yerlərində təcili zənglər təmin edə bilər.

Garmin ilə əməkdaşlıq həmçinin "Google"un təcili yardım funksiyasının 150-dən çox ölkədə mövcud olacağını göstərir. Təbii ki, hazırda dəqiq bir söz demək mümkün deyil. Funksiya gələnə qədər şirkət dəyişikliklər edə bilər.

"Google" peyk bağlantısı funksiyası üzərində işləyən yeganə şirkət deyil. Əvvəllər "Qualcomm" da "Garmin" ilə işləyən "Snapdragon Satellite" adlı xidmət üzərində işlədiyini açıqlamışdı. Honor, Motorola, Nothing, Oppo, Vivo və Xiaomi kimi telefon nəhənglərinin bu xüsusiyyətdən yararlana biləcəyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »