Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp" faydalı funksiyalar hazırlayır
"WhatsApp" faydalı funksiyalar hazırlayır

"WhatsApp" messencerinin tərtibatçıları bir neçə yeni funksiyanı sınaqdan keçiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat verib.

Proqramın Android üçün bu yaxınlarda buraxılmış test quruluşunda qrup çatlarında zəngləri planlaşdırmaq imkanı ortaya çıxıb. Bu funksiya ilə istifadəçilər həmkarları, ya da dostları ilə razılaşmaq və konfrans təşkil etmək üçün vaxt seçmək kimi daha asan imkanları olacaq.

Eyni zamanda, "WhatsApp" mövzunu, tarixi təyin etməyə və zəng növünü (video və ya səs) seçməyə imkan verəcək. İştirakçılar zəngdən 15 dəqiqə əvvəl bildiriş alacaqlar.

Bununla yanaşı, messencer çoxsaylı hesablar arasında sürətli keçid funksiyasını sınaqdan keçirməyə başlayıb. Parametrlərə yeni profil əlavə edilə bilinəcək.

“WhatsApp” istifadəçilərinin yaxın bir neçə ay ərzində bu yeniliklərə çıxış əldə edəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »