Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xankəndində kütləvi etiraz aksiyalarının təşkili Paşinyanın növbəti siyasi təxribatıdır"
"Xankəndində kütləvi etiraz aksiyalarının təşkili Paşinyanın növbəti siyasi təxribatıdır"

Qarabağdakı terrorçulara rəhbərlik edən Arayik Arutyunyan bildirib ki, beynəlxalq ictimaiyyət heç bir reaksiya verməsə, 1 həftəyə ciddi addımlar atacaq. Arayik Arutyunyan etirazçılarla birgə hər gün Xankəndi meydanında oturacağını açıqlayıb. Maraqlısı budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edən Paşinyan da, Arayikə hansısa bir formada dəstək olmağa çalışır. Bu açıqlamaların, bu davranışların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi danışıqlarına hərhansı bir təsiri ola bilərmi?

“Xankəndidə baş verənlər elə Paşinyanın növbəti siyasi təxribatı kimi qiymətləndirilə bilər. Çünki Paşinyan yeganə dəstəkçi element rolunda Azərbaycan ərazisində yaşayan Ermənilərin gələcək vəziyyəti ilə, daha doğrusu hüquqları və təhlükəsizliyi ilə bağlı ümumi vəziyyəti bağlı məqamların hər hansı bir formada rəsmi sənəddə ifadəsini tapmaqda görür. Yəni ağır məğlub durumda Azərbaycanla sülh müqaviləsi imzalamaqdan hər vasitə ilə yayınmağa çalışan Paşinyan artıq bütün manevr imkanlarını itirib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşir danışıb.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Deputat qeyd edib ki, Paşinyan indi artıq Azərbaycanın ərazi bütövlüyündən danışmağa başlayıb, hətta bunu rəqəmlərlə də ifadə edir. Belə ki, ötən ilin oktyabrında deməli Ermənistan rəsmi Azərbaycan ərazi bütövlüyünü tanıdığını bildirib. Paşinyan bunu şifahi etsə də, rəqəmləri səsləndirməklə yəni 86,6 min km² rəqəmini səsləndirməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və eyni zamanda Qarabağın da Azərbaycanın ərazi bütövlüyü olduğunu səsləndirib.

Deputatın fikrincə, bunu şərtləndirən Azərbaycanın iradəsi oldu. Paşinyanın çıxış yolu təbii ki, mövcud deyil. Gələcək karyerasını qorumaq üçün çıxış yolu ondan ibarətdir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı nəyəsə nail olsun. Yəni onların statusunu müəyyən edəcək hər hansı bir element formalaşsın.

“Təsadüfi deyil ki,Brüssel görüşü öncəsi Xankəndidə kütləvi etiraz aksiyası təşkil edildi. Eyni zamanda erməni mediasının yaydığı məlumatlara görə, Paşinyan separatçıların rəhbəri Araik Arturyanın məktubunu da Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelə çatdırıb. Təbii ki, heç bir rəsmi statusa leqal statusa malik olmayan Arturyanın məktubunun Şarl Mişelə çatdırılması özü də siyasi etiketə sığmayan haldır. Lakin Paşinyan bunu etdi. Deməli bu proseslərə aydınlıq gətirir, təsəvvürləri formalaşdırır. Bu da ondan ibarətdir ki, Paşinyan diqqətini Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyətinə çəkmək istəyir”-deyən deputat hesab edir ki, bu istiqamətdə Avropanın bəlli dairələri də canfəşanlıq etməkdədilər.

Elşad Mirbəşiroğlu xatırladıb ki, iyun ayının 1-də Moldovada Avropa siyasi birliyinin ikinci sammiti baş tutdu. Bu sammit çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransanın prezidenti Makron, Almaniya federal konsleri Şoltz iştirak etdilər. Bu 5 tərəfli görüşdən sonra həm Şarl Mişel, həm də Fransa prezidenti Makron müəyyən zaman aralığı ilə Azərbaycan ərazisində yaşayan ermənilərinin vəziyyətinin beynəlxalq ictimaiyyətin iştirakı ilə müzakirəsini vacibliyini səsləndirdilər.

“Təbii ki, bu Azərbaycanın mövqeyinə ziddir. Çünki Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, “ermənilərin vəziyyəti bizim daxili işimizdir. Biz onu kimləsə müzakirə etmək fikrində deyilik. Ermənilərin vəziyyəti ilə bağlı deklarativ narahatçılıq isə elə həqiqətən də dekalarativdir. Çünki onun heç bir əsası yoxdur. Azərbaycanda müxtəlif xalqların nümayəndələri tam təhlükəsizlik şəraitində dinc mövcud olmaqda, inkişaflarını davam etdirməkdə, öz milli identikliklərini saxlamaqdadırlar. Azərbaycan dünyanın sözün əsl mənasında ən multikulyar ölkəsidir. Bu gün Azərbaycanın multikulturalizm modeli dünya üçün bir örnəkdir. Bu səbəbdən də, ermənilərin hüquqları və təhlükəsizliklərilə bağlı narahatlığın heç bir əsası yoxdur. Sadəcə olaraq, bu günki gün manipulyasiya aləti rolunda çıxış etməkdədir. Bunu Qərb də, Ermənistan da istifadə erməkdədir”-deyə Elşad Mirbəşiroğlu vurğulayıb.

Deputatın fikrincə, Araikin bu cəhdləri ona hesablanıb ki, Avropa dairələrində diqqəti cəlb etsin. O, hesab edir ki, bu cəhdlər indiki şərtlər daxilində Paşinyanın xilasına yönəlik addımlardır.

“Xankəndində kütləvi etiraz aksiyalarının təşkili Paşinyanın növbəti siyasi təxribatıdır. Məqsəd də ondan ibarətdir ki, yenə də ermənilərin vəziyyəti məsələsini müzakirə predmetlərindən birinə çevirməklə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində hər hansı bir sənədə hələ imza atılmasın, bu müddət uzadılsın”-deyə Elşad Mirbəşiroğlu əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »