Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektromobillərin sayı artmır: Hökumət lazımi infrastrukturu niyə yaratmır?
Elektromobillərin sayı artmır: Hökumət lazımi infrastrukturu niyə yaratmır?

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4 % və 37,5 % çoxdur. Bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 17,9 %, ikincinin isə 7,3 dəfə artması deməkdir.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, gömrük rüsumları və ƏDV-dən azad olunduqdan sonra ölkəyə elektromobil idxalı artıb. Bu isə, hələ başlanğıcdır.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“İnfrastruktur lahiyələri olduqca, qurulduqca ölkəyə gətirilən avtomobillərin idxalı daha da artacaq. İlk öncə bununla bağlı dövlət və özəl sektor ilk addımlarını atmalıdır. Bəlli yerlərdə dövlətin quraşdırdığı elektrik doldurma məntəqələri olmalıdır və bundan əlavə özəl sektor tərəfindən şəxsən dillerlər şarj stansiyaları yerləşdirməlidirlər. Artıq bir neçə dilerlər var, adını çəkmirəm. Onlar özləri ölkəmizin müxtəlif yerlərində elektrik doldurma məntəqələrini şarj stansiyalarını yerləşdiriblər. Bu stansiyalar istirahət mərkəzləri və restoran ərazilərində mövcuddur. Artıq biz ticarət mərkəzlərində bunu müşahidə edirik. Bu, özəl sektorun üzərinə düşən işdir. Və özəl sektor bunu etməyə çalışır. Unutmayaq ki, buna tək özəl sektor deyil, dövlət də əncam çəkməlidir. Məndə olan məlumata görə, dövlət tərəfindən də bu yönümdə işlər gedir və ümid edirəm ki, ilin sonuna qədər artıq biz bu məntəqələrin quraşdırılmasını müşahidə edəcəyik”.

Ölkəyə gətirilən elektromobil üzrə ustalaırn hazırlanmasına gəldikdə isə, rəsmi dillerlərin bir neçəsində ixtisaslaşma kursları keçirilir və istər istehsalçı zavodlar ərazisində, istər ölkəmizə gələn mütəxəssislər tərəfindən, artıq onların təmir olunması istiqamətində kurslar keçirilir.

“Bilirsiniz ki, elektrik maşınları üçün təhlükəsizlik məsələləri çox önəmlidir. Xüsusi geyim avadanlıqları, xüsusi əlcəklər… Bunlarla bağlı ilk təlimatlar da keçirilib və onların təmiri istiqamətində işlərlə bağlı müəyyən kurslar, dərslər keçirilib.

Artıq bu istiqamətdə bir neçə diler fəaliyyətə başlayıb. Sözsüz ki, buna biz 1 gündə, 3 gündə,1 ildə nail ola bilməyəcəyik. Ustaların püxtələşməsi üçün bizə 2-3 il lazımdır. Ümid edirəm ki, həm ustalarımızın peşəkarlaşması, həm infrastruktur lahiyələri eyni vaxtda həyata keçiriləcək və biz eyni vaxtda hər ikisindən faydalana biləcəyik”-deyə Eyyub Əliyev qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »