Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın anklavları geri qaytarılmalıdır"
"Azərbaycanın anklavları geri qaytarılmalıdır"

“Siyasi səviyyədə Kərki kəndindən söhbət gedirsə, qanunvericilik bazasına baxılmalıdır. Əgər siyasi baxımdan xəritəyə görə onun Azərbaycana aid olduğu ortaya çıxarsa, deməli, bizim problemimiz yoxdur. Amma Azərbaycanın Başkəndi qaytarıb, Kərkini geri alacağı sual altındadır”. Bu barədə bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan erməni icması ilə görüşdə danışıb.

“Azərbaycanın anklavları geri qaytarılmalıdır. İki ölkə müharibə edir. Bir ölkə müharibədə qalib gəlib. Aydın məsələdir ki, qalib gələn ölkə daha çox preferensiya verilməlidir. Belə olan halda ermənilər də, bir iddia irəli sürüb. Pşainyanın dili ilə desək, deyir ki, “onların ərazisində bizim anklav var”… Yəni Gədəbəy rayonunda Başkəndi nəzərdə tutaraq, iddia edirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli açıqlamasında deyib. Məmmədli bildirib ki, belə olan təqdirdə biz müharibədə qalibiyyətimizi masada verəcəyik. Eyni şərtlər olarsa, nə dəyişə bilər?

Əhəd Məmmədli Əhəd Məmmədli

“Təbii ki, biz anklvları qaytarmalıyıq və Başkəndi də verməməliyik. Başkənd bizim nəzarətimizdə olduğu kimi də qalmalıdır”-deyə Məmmədli bildirib.

Xatırladaq ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistan nəzarətindədir. Bu kəndlər QazaXın 7 kəndi və Naxçıvanın Kərki kəndləridir.

Azərbaycanı tərəfi öz ərazilərini geri qaytarılmasını tələb etsə də, qarşı tərəf hələ ki, bu istiqamətdə addım atmağı düşünmür. Bu isə, öz növbəsində sülh müqaviləsi istiqamətində olan danışıqlara öz təsirini göstərir.

Qeyd edək ki, tərəflər arasında növbəti görüşün Xarici İşlər Nazirləri səviyyəsində iyunun 15-də Vaşinqtonda keçiriləcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »