Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan-Ermənistan danışıqlarını səbirsizliklə gözləyirik”- Dövlət Departamenti
“Azərbaycan-Ermənistan danışıqlarını səbirsizliklə gözləyirik”- Dövlət Departamenti

Vaşinqton Ermənistanla Azərbaycan arasında danışıqların müxtəlif məkanlarda getməsindən məmnundur.

Bizimyol.info xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinq zamanı bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ayın sonunda görüşünü gözləyir.

"Mənim konkret tarixlərim yoxdur. Amma bəli, tərəflər Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru işləməyə davam etdiyi üçün bu ayın sonunda Vaşinqtonda danışıqların növbəti mərhələsini gözləyirik. Məndən eşitdiyiniz kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif məkanlarda, o cümlədən son liderlərin görüşündə getməsindən məmnundur”, - deyə Patel bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Sputnik Ermənistan-a bildirib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqların növbəti raundu iyunun 12-də başlayacaq.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda əvvəlki danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »