Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil” - Mirzoyan
“Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil” - Mirzoyan

Ermənistanın 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandat yoxdur.

"Bəli, biz Dağlıq Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia etmirik və buna cəhd də etmirik", - deyə Mirzoyan bildirib.

Bizimyol.info xəbər verir ki, nazir əlavə edib ki, “İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Dağlıq Qarabağx alqı ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir, bunsuz tamhüquqlu və uzunmüddətli ola bilməz”.

“Dünyada heç kim inkar edə bilməz ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çoxlu açıq məsələlər var... Bütün bunlarla bağlı məsələləri biz deyil, Dağlıq Qarabağın xalqı, seçilmişləri və hakimiyyət orqanları qaldırmalıdır”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bu dialoqun başlanması üçün mexanizmin, platformanın yaradılmasını təmin etməlidir.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadratmetrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bura həm bütöv Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »