Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik” – Paşinyandan etiraf
“Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik” – Paşinyandan etiraf

“Ölkədə demokratiya olmadığından Qarabağ məsələsi ilə bağlı həqiqəti çox az adam bilir”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü İrəvanda keçirilən “Demokratiya Uğrunda Ermənistan Forumu”nda çıxışı zamanı deyib.

"Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımızın Qarabağ məsələsində həqiqəti bilməməyimizə xidmət etdi - bu çox vacib detaldır. Siyasi müzakirəyə başlamaq istəmirəm, amma orada elə bir model var idi ki, Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdar idi”,- deyə Paşinyan çıxışına əlavə edib.

O qeyd edib ki, bu, üzləşməli olduğumuz ən böyük problemdir. “Bu səbəbdəndir ki, biz indi demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”,- deyə Paşinyan qeyd edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »