Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In obitə ilk kəşfiyyat peykinin buraxacaq
Kim Çen In obitə ilk kəşfiyyat peykinin buraxacaq

Şimali Koreya lideri Kim Çen In ölkənin ilk kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıqla tanış olub və bu məsələ ilə məşğul olan xüsusi komitənin iş planını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Hörmətli yoldaş Kim Çen In süni Yer peykinin buraxılması üzrə qeyri-daimi hazırlıq komitəsinin işi ilə tanış olub. Dövlət başçısı orbitə tam hazır vəziyyətdə olan 1 nömrəli hərbi kəşfiyyat peykə baxış keçirib. O, həmçinin qeyri-daimi starta hazırlıq komitəsinin sonrakı iş planını da təsdiqləyib”, - deyə agentlik məlumat yayıb.

Kim Çen Inın sözlərinə görə, hərbi kəşfiyyat peykinin uğurla orbitə buraxılması kosmik elm və texnologiyanın, eləcə də texnoloji tərəqqinin inkişafında nəzərəçarpacaq dəyişiklikləri göstərən hazırkı milli təhlükəsizlik vəziyyətinin təcili tələbidir.

“ABŞ imperialistlərinin və Cənubi Koreyanın marionet dəstəsinin Koreya Xalq Demokratik Respublikasına qarşı qarşıdurma hiylələri nə qədər çıxılmaz olarsa, biz suverenliyimizdən və özünümüdafiə hüququmuzdan bir o qədər ləyaqətli istifadə edəcəyik, həmçinin həmlələrimizi etməyə hazır olacağıq”, - deyə o əlavə edib.

KCNA aprelin 19-da bildirib ki, Kim Çen In Pxenyanın məlumat toplama imkanlarını artırmaq üçün ilk kəşfiyyat peykinin buraxılması üçün hazırlıqlara göstəriş verib.

Bir həftə əvvəl Şimali Koreyanın ilk dəfə olaraq ilk bərk yanacaqlı qitələrarası ballistik raketi "Hwaseong-18"i buraxdığı iddia edilir. Pxenyanın mövcud qitələrarası raketləri ilə təchiz edilmiş maye yanacaq mühərrikləri ilə müqayisədə bərk yanacaqdan istifadə raketlərin buraxılış üçün hazırlıq vaxtını əhəmiyyətli dərəcədə azalda bilər və raketləri istifadəyə hazır vəziyyətdə saxlaya bilər ki, bu da onlardan qitələrarası məsafədə cavab zərbəsi endirmək vasitələri istifadəyə imkan verir.

Pxenyan həmçinin kosmik proqramında bərk yanacaqla işləyən mühərriklərdən istifadə etmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »