Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Osman Büyükkaya: "Türkiyə-Azərbaycan birliyini heç bir qüvvə yıxa bilməz" - Video
Osman Büyükkaya: "Türkiyə-Azərbaycan birliyini heç bir qüvvə yıxa bilməz" - Video

Osman Büyükkaya 1972-ci ildə Yozgatda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Mikrobiologiya fakültəsini bitirib. Türkiyədə İstanbul Haseki Təhsil və Araşdırma Xəstəxanası, Dəri və Zöhrəvi Xəstəliklər Xəstəxanası, İstanbul Nuri Burat Dövlət Xəstəxanasında çalışıb. Osman Büyükkaya eyni zamanda “Məhkəmə Psixologiyası İxtisas” təhsili, “*TS EN ISO/IEC 17025 Standart Daxili Auditor” təlimi, “Rəhbər Psixoloji Məsləhət Xidmətləri” təlimi və digər təlimlərdə iştirak edib. Büyükkayanın Türkiyədə Yoluxucu Xəstəliklərin Epidemioloji Nəşri proqramı, Türkiyə Biznesmen və Yeməkxanalar Palatası ilə Yoluxucu Xəstəliklərin Yoxlanması və Təqibi proqramı, Türkiyədə ilk dəfə Mobil Sağlamlıq Xidmətinin yaradılması (ilk dəfə həyata keçirən qurum), İstanbulda Həyat Laboratoriyaları Qrupu olaraq iş sağlamlığı və təhlükəsizliyi xidmətinin verilməsi, Azərbaycanda səhiyyə sahəsində Verifikasiya Mərkəzinin yaradılması, fəaliyyəti və inkişafı və s. professional fəaliyyətləri olub.

Dünya Türkiyat Dərnəyinin prezidenti Osman Büyükkaya Dünya Türkiyat Dərnəyinin prezidenti Osman Büyükkaya

Büyükkaya Türk Mikrobiologiya Dərnəyinin, Dəri və Zöhrəvi Cəmiyyətinin üzvüdür. 25-ci dövr İstanbul millət vəkili Namizədi olan Osman Büyükkaya Dünya Türkiyat Dərnəyinin prezidentidir. Seçkilərə sayılı günlər qalıb. Bu ərəfədə Bizimyol.info xəbər portalına açıqlama verən Milliyyətçi Hərəkat Partiyasından İstanbul 3-cü bölgə millət vəkilliyinə namizəd Osman Büyükkaya bildirib ki, Azərbaycanda da Türk Dünyası dərnəyinin şöbəsi var və dərnək fəaliyyətlərini Azərbaycanda da əhatəli şəkildə həyata keçirir.

Büyükkaya qeyd edib ki, Türk Dünyası Təşkilatının adının dəyişdirilməsi Türk millətinin varlığını, birliyini bir daha özündə əks etdirir.

“Uşaqlıqdan bizə Turan birliyini, Türk sevdasını aşılayıblar. Azərbaycan mənim üçün Türklüyün qalasıdır. Azərbaycanın qədim tarixi var. Azərbaycanla Türkiyənin heç bir fərqinin olmadığını, olmayacağını düşünənlərdənəm”-deyən Büyükkaya bildirib ki, Qarabağ müharibəsindən əvvəl də Azərbaycanla Türkiyə qardaş olub. Müharibə bu qardaşları bir qədər də yaxınlaşdırıb.

Büyükkaya qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və bu birliyi heç bir qüvvə yıxa bilməz…

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »