Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: "Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Quterreş: "Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək"

Qəzzada həftələrdir davam edən intensiv diplomatik fəaliyyətlər nəticəsində atəşkəs əldə olunmasa, faciə baş verəcək.

"Report" xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlamasında deyib.

Baş katib Yaxın Şərqdə davam edən müharibənin pik həddə çatmasından dərin narahalığını bildirib:

"İsrail Müdafiə Qüvvələrinin Rəfahda yenidən hərbi fəaliyyət göstərməsi məni narahat edir. Rəfah Qəzzada humanitar əməliyyatların mərkəzidir. Həm Rəfah, həm də Şalom keçidlərinin bağlanması onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirir".

A.Quttereş tərəfləri danışıqlara çağırıb: "Beynəlxalq humanitar hüquqa hər iki tərəf hörmət etməlidir, mülki şəxslər müdafiə olunmalıdır. Qan tökülməsi dayandırlmalı, girovlar azad olunmalıdır. Qəzza xalqının, girovların və onların ailələrinin dözülməz iztirablarını dayandırmaq üçün İsrail hökuməti ilə HƏMAS rəhbərliyi arasında razılaşma vacibdir. Bir daha hər iki tərəfə müraciət edirəm ki, siyasi cəsarət göstərsinlər və razılaşmanın əldə olunması üçün səylərini əsirgəməsinlər".

Son xəbərlər
Bütün xəbərlər »