Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kapital Bank-da yeni təyinatlar oldu
Kapital Bank-da yeni təyinatlar oldu

Kapital Bank-ın səhmdarlarlı yeni təyinatları təsdiqlədi.

4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

İndiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib.

Rövşən Allahverdiyev Rövşən Allahverdiyev

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.

Fərid Hüseynov Fərid Hüseynov

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon. manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

Son xəbərlər
Bütün xəbərlər »