Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-dən xəbərdarlıq: "Sanitar şəraitə görə ölüm halları kəskin artacaq"
ÜST-dən xəbərdarlıq: "Sanitar şəraitə görə ölüm halları kəskin artacaq"

Xartumdakı əksər səhiyyə müəssisələri bağlanıb, cəmi 16%-i normal işləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus məlumat verib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı qarşıdan gələn epidemiyalar və su və qidaya çıxışın olmaması, eləcə də səhiyyə sistemindəki çətinliklər səbəbindən Sudanda ölüm sayının kəskin artacağını gözləyir.

"Münaqişənin özü tərəfindən törədilən ölüm və xəsarətlərin sayından əlavə, ÜST epidemiyalar (xəstəliklər), qida və suya çıxışın olmaması, immunizasiya da daxil olmaqla əsas səhiyyə xidmətlərində fasilələr səbəbindən daha çox ölüm gözləyir", -deyə Tedros Adhanom Qebreyesus bildirib.

Qebreyesus əlavə edib ki, Sudanın paytaxtı Xartumda tibb müəssisələrinin 61%-i bağlıdır və yalnız 16%-i adi qaydada işləyir.

Məlumat üçün bildirək ki, aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri (RRF) ilə nizami ordu arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.

Onu da qeyd edək ki, ötən cümə günü hər iki tərəf müsəlmanların Fitr bayramı münasibətilə atəşkəs elan edib. Tərəflər onu üç gün saxlamağa hazır idilər.

Bundan əlavə, Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600-ə çatdığını bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »