Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələ niyə bu qədər güclü və ölümcül oldu? - Elm adamlarının izahı
Türkiyədə zəlzələ niyə bu qədər güclü və ölümcül oldu? - Elm adamlarının izahı

Fevralın 6-da səhər saatlarında Türkiyə və Suriyada böyük dağıntılara və ölümlərə səbəb olan zəlzələ Anadolu və Ərəbistan tektonik plitələrinin seysmik aktivliyi nəticəsində baş verib. Zəlzələnin episentri Türkiyənin Nurdağı şəhərindən təqribən 26 km şərqdə, Şərqi Anadolu qırağında 17,9 km dərinlikdə yerləşib və yerə olduqca yaxındır. Bu nöqtə daha dərin olsaydı, təkanlar bu qədər güclü hiss olunmazdı.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yazıb. Bildirilir ki, bu zəlzələ son onilliyin ən ölümcüllərindən biri olacaq.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 1970-ci ildən bu yana ərazidə Rixter cədvəli üzrə 6,0 baldan yalnız üç zəlzələ qeydə alınıb. Ancaq 1822-ci ildə bölgədə 7 bal gücündə zəlzələ baş verib və təxminən 20.000 adam ölüb. Məlumatda qeyd edilir ki, zəlzələ tektonik plitələrin hərəkətinin nəticəsidir. Şaquli qırılma xəttindəki bərk süxurlar, onlardan biri kəskin üfüqi sürüşmə edənə qədər bir-birinə qarşı itələyir. Bu, böyük miqdarda enerji buraxır və yerdə vibrasiya hiss olunur.

Böyük Britaniyanın Açıq Universitetindən olan planetoloq David Rothery qeyd edib ki, zəlzələnin ocağı səthə yaxın olsaydı, eyni maqnitudada olan "dərin" zəlzələdən daha güclü olardı. Məlumata görə, artçı təkanlar da vəziyyəti çətinləşdirir. Bunlar əsas zəlzələ ilə bağlı təkrarlanan səth titrəmələridir.

Britaniya Geoloji Tədqiqat Xidmətinin əməkdar alimi Rocer Musson, "Biz indi aktivliyin yaxınlıqdakı qırılmalara yayıldığını görürük. Biz seysmikliyin hələ bir müddət davam edəcəyini gözləyirik",- deyə qeyd edib.

Məlumdur ki, 1822-ci il avqustun sonunda Şərqi Anadoluda baş verən ölümcül zəlzələdən sonrakı il də artçı təkanlar davam etmişdir.

Monson bildirib ki, 7,8 maqnitudalı yeni kataklizm hazırda məlum olandan daha çox insanın həyatına son qoya bilər və minlərlə, bəlkə də on minlərlə itki ola bilər. Aydındır ki, soyuq qış havası mənfi rol oynayacaq və ekspertin izah etdiyi kimi, buna görə dağıntılar altında qalan qurbanların sağ qalma şansları daha az olacaq.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı 8 dəfə arta bilər .

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »