Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz: “Ukrayna üzərində uçuşsuz zonanın yaradılması aktual deyil”
Şolz: “Ukrayna üzərində uçuşsuz zonanın yaradılması aktual deyil”

“Ukrayna üzərində uçuşun qadağan edildiyi zonanın yaradılması məsələsi, həmçinin oraya NATO qoşunlarının göndərilməsi nə indi aktualdır, nə də gələcəkdə aktual olacaq”.

“Report” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Ukrayna səmasında uçuşsuz zonanın yaradılması fikrini dəstəkləməyəcəyini dərhal bildirib: “Bu vəziyyətlə bağlı dəyişən bir şey yoxdur”.

O.Şolts quru qoşunlarının heç bir halda Ukraynaya göndərilməyəcəyini, müharibədə bilavasitə iştirak etməyəcəklərini də sözlərinə əlavə edib: “Bu, indi də belədir, gələcəkdə də belə olacaq. Sözümüzə etibar edə bilərsiniz”.

Son xəbərlər
Bütün xəbərlər »