Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabı haqqında növbəti tədbir keçirilib - Video
Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabı haqqında növbəti tədbir keçirilib - Video

Bu gün Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında əməkdar jurnalist, yazıçı və publisist Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı haqqında növbəti tədbir keçirilib. Tədbirdə bir çox ziyalılar, o cümlədən deputatlar, jurnalistlər, siyasi xadimlər, sənət adamları, rejissor və yazıçılar - qələm adamları iştirak ediblər.

Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı haqqında növbəti tədbir keçirilib

Həmçinin, bir çox media agentliyi və telekanallardan tədbirə dəvət almış jurnalistlər tədbiri işıqlandırıblar. Kitabın oxucuları əsər barəsində öz təəssüratlarını bölüşüb və bildiriblər ki, bu kitabı oxuyan bir çox oxucu kitabda özünü tapır, özünü kənardan müşahidə edir.

Kitab tədbirinin açılışında Mətbuat Şurasının rəhbəri Rəşad Məcid kitabın müəllifinə və oxuculara uğur və müvəffəqiyyətlər arzulayıb.

"Kitabda son zamanların "ölümcül həqiqətləri" yer alıb və Bahəddin Həzi bu kitabı ilə həmin həqiqətləri bir daha dirildib" - deputat Vüqar Bayramov bildirib.

"Kitabda toplanan essələri daha öncə sosial şəbəkələrdə də müzakirə etmişdik. Kitabda yazılan həqiqətlər məni keçmişə qaytardı. İndiki nəsil bizim o vaxtlar çəkdiyi iztirabın qiyabi şahidi oldu. Bu povest həm də həyatın ölümcül həqiqətləridir" - jurnalist Afaq Vasifqızı kitab haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Əməkdar jurnalist Qulu Məhərrəmli qeyd edib ki, bu kitabda yalnız həqiqətlər əks olunub: "Bahəddin müəllim hər zaman həqiqətin yanında olub və O, öz kitabında bir çoxlarımıza öz təsirini göstərən həqiqətləri əks etdirib. Ümid edirəm, növbəti belə maraqlı kitab tədbirində müəllifin növbəti əsərini müzakirə edərik".

Tədbir iştirakçıları öz növbəsində müəllif və əsəri üçün uğurlar arzulayıb, "Ölümcül Həqiqətlər"in davamını özündə əks etdirən növbəti əsərlərin sərgi və tədbirlərdə müzakirəsinin bütün oxucu və qələm sahibləri üçün faydalı olacağını qeyd ediblər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »