Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər"
"Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər"

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər. "O ki qaldı regionda dinc birgə yaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər", - deyən dövlət başçısı bildirib ki, Türkofobiya və Azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur. “Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır” - deyə dövlət başçısı qeyd edib.

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cənab prezident ADA-da keçirilən beynəlxalq konfransda çox mühüm məsələlərə toxunub.

“Ölkəmizə qarşı bütün kirli planları ifşa edib. Milli maraqlarımız kontekstində bundan sonra da xarici siyasətimizin və diplomatiyamızın qurulduğunu ifadə edib. Eyni zamanda, cənab prezident bir sıra dövlətlərə də mesaj verdi. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanda anti-Türk siyasəti həyata keçirilir və bu turkofobia geniş mahiyyət və məzmun daşıyır. Ermənilər öz övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər. Belə olan təqdirdə bölgədə sülhü, təhlükəsizliyi, sabitliyi qorumaq çox müşkül məsələyə çevrilir” - deyə politoloq bildirib. O, qeyd edib ki, bunu nəzərə alaraq Ermənistan tərəfi öz davranışlarına və yürüdülən ideoloji xəttə korrektələr etməlidir. Azərbaycan tərəfi bölgədəki sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarı kimi çıxış edir.

“Bizim əsas istəyimiz bölgədəki sülhün dayanıqlılığının artırılması, təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsindən ibarətdir. Təəssüflər olsun ki, Qarabağda olan erməniləri öz kirli planlarında alət kimi istifadə edən güclər, bu gün həm də "turkophob" siyasətini daha da inkişaf ediriblər. Buda qəbul olunan yanaşma deyil. Əgər, həqiqətən də sülh prosesinə yanaşırsa, düşmənçilik ritorikasını, nifrət nitqini kənara qoymalıdır. Bu halda, bölgədə həqiqi sülhdən söhbət gedə bilər. Əks təqdirdə, Ermənistan bu siyasi xətti davam etdirəcəksə, sülh müqaviləsinin imzalanmasından sonra da bölgədə problemlər qalıcı xarakter daşıyacaq” - deyə Xəyal Bəşirov əlavə edib.

Politoloq təssüflə qeyd edib ki, Ermənistanın arxasında duran qüvvələr də, himayədarlar da bölgədəki sülhün qorunmasında maraqlı dövlətlər kimi özlərini aparmırlar. Əksinə, destruktiv və qeyri-konstruktiv fikirlərlə yadda qalırlar.

“Addımlarını, planlarını və bu səpkili yanaşmalarını biz müşahidə edirik. Bu da hiddət doğuran məsələdir. Ona görə rəsmi Bakı məhz qeyd olunan amillərə diqqət çəkərək, Ermənistanı sülhə məcbur etmək istiqamətində fikirlərini bəyan edir” - deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »