Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi partiyalar haqqında qanuna dəyişikliklərin gələcək üçün potensialı nədir?
Siyasi partiyalar haqqında qanuna dəyişikliklərin gələcək üçün potensialı nədir?

Bir neçə gün əvvəl siyasi partiyalar haqqında qanuna müəyyən dəyişikliklər edildi. Qanunda dəyişikliklərin edilməsi, partiyaların inkişafına hansı töhfələri verəcək. Edilən dəyişikliklərin gələcək üçün potensialı nədir?

Bizimyol.info xəbər portalının bu məsələ ilə bağlı suallarını “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə cavablandırıb. O, qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanunun yenidən hazırlanması təqdirə layiq haldır. Belə ki, mövcud qanun 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunub. Sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Layihəyə görə yeni qanun qəbul edilkdikdən sonra mövcud qanun qüvvədən düşəcək.

Yalçın Hacızadə Yalçın Hacızadə

“Qanunlar, normalar zərurətdən yaranır və bu gün “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması zərurətdir. Qüvvədə olan qanun 30 il bundan öncə qəbul olunub. Həmin zaman ölkəmizdə çoxpartiyalı sistem yeni yaranmışdı və bu sahədə kifayət qədər təcrübə də yox idi. Mövcud qanun bügünün şərtlərinə, siyasi vəziyyətinə uyğun deyil və ona müxtəlif əlavə və dəyişiklərlə işlək mexanizmə gətirmək də faydalı olmaz. Qüvvədə olan qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb”.

Yalçın Hacızadənin fikrincə, qanunlar elə formada olmalıdır ki, nə siyasi fəaliyyətlə məşğul olan şəxslərə və qurumlara mədudiyyət yaratsın nədə ki, ondan istifadə edənlərə sui-istifadə hallarına imkan versin. Ona görə qanun layihəsi siyasi partiyanın təsis olunması və fəaliyyətinin bütün sferalarını tənzimləyəcək şəkildə hazırlanmışdır. Normativ hüquqi aktlar haqqında Konstitisiya qanunun şərtlərinə uyğundur. Yəni qanunun dili sadə, başadüşülən formadadır və qüvvədə olan qanundan fərqli olaraq maddələr mahiyyətinə uyğun düzülmüş və nömrələnmişdir.

“Bu qanun layihəsinin müzakirəyə çıxarılan ilkin variantında siyasi partiyaların qeydiyyata alınması üçün 10 min üzvünün olması göstərilsə də, ictimai müzakirələr və dinləmələr zamanı bu sayın azaldılması təklif olduğundan 5 minə endirilib. Bundan əlavə, ilkin variantda göstərilən “2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək” şərti də sonrakı müzakirələrin nəticəsində çıxarılmışdı” - deyən Hacızadə bildirib ki, mövcud qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir, təklif edilən yeni layihədə də bu müddəa saxlanır. Layihədə göstərilir ki, siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə reyestri də aparılacaq.

Qanun layihəsinin əvvəlki variantında göstərilirdi ki, “qanunun qüvvəyə mindikdən sonra hər bir partiya 90 gün ərzində üzvləri barədə məlumatları reyestrə daxil etməlidir. İctimai müzakirələrdən, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təklifləri nəzərə alınandan sonra da bu müddət 90 gündən 180 günə qədər artırıldı. Qanun layihəsində partiya üzvlərinin reyestrinin yaradılmasının qeyd edilməsi, şəffaflıq və siyasi partiyaların elektrotatının müəyyən edilməsi baxımından məqsədə müvafiq normadır. Həmçinin, bununla bir şəxsin bir neçə partiyaya üzv olmasının da qarşısı alınır.

“Təklif edilən qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq” - deyə politoloq əlavə edib. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində kütləvi şəkildə QHT və siyasi partiya yaratma adətən dəb halını almışdı. Ona görə ölkədə adı olub, fəaliyyəti olmayan, siyasi bazası və ictimai dayağı olmayan, 3-5 nəfərdən ibarət olan çoxlu partiyalar yaranmışdı.

Politoloq hesab edir ki, əsas fəaliyyəti, məqsədi siyasi mübarizə olan siyasi partiyalar təkmilləşməli, siyasi inistituta çevrilməlidir. Bu səbəbdən də o, qanun layihəsində nəzərdə tutulan normalar siyasi partiyaların təkmilləşməsi, inkişafı baxımdan faydalı olacağını hesab edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »