Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakı 95 erməni hərbçisinin meyitini İrəvana verib" – Ermənistan Müdafiə Nazirliyi
"Bakı 95 erməni hərbçisinin meyitini İrəvana verib" – Ermənistan Müdafiə Nazirliyi

Erməni tərəfinə təhvil verilən meyitlər ölən və itkin düşənlər arasındadır.

Bizimyol.info xəbər verir ki, bu rəqəmi (207 nəfər) Ermənistan Təhlükəsizlik Şurası açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Sputnik Ermənistan -a bildirib ki, Azərbaycan ölən 95 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.

Onun sözlərinə görə, Ermənistan tərəfinə təhvil verilən cəsədlər Ermənistan Təhlükəsizlik Şurası tərəfindən ölən və itkin düşən adlar arasındadır.

Xatırladaq ki, 12 sentyabr gecə saatlarından etibarən Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində son baş verən hadisələr fonunda Ermənistanda ertiraz aksiyaları başlayıb. Erməni xalqı hökümətin siyasətini dəstəkləmədiklərini bildirirlər.

Ermənistanın verdiyi açıqlamaya görə, sentyabrın 16-na olan məlumata görə, döyüşlər zamanı Ermənistan tərəfdən 135 nəfər həlak olub. Onlarla insan yaralanıb.

Sonda qeyd edək ki, sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »