Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni texnologiyalar tətbiq olunarsa, Xəzər suyunun duzsuzlaşdırılması əslində yaxşı fikirdir"
"Yeni texnologiyalar tətbiq olunarsa, Xəzər suyunun duzsuzlaşdırılması əslində yaxşı fikirdir"

"Anbarların tikilməsi çox pul tələb edir. Azərbaycanda da ciddi su problemi yaşana bilər. İsrail su problemini necə həll edir? İsrail gəmi ilə Antarktidan buzu qırır, gətirir. Bu, daha ucuz başa gəlir. Dəniz suyunun duzsuzlaşdırılması isə, daha baha gəlir. İndi biz yalandan küyə düşmüşük. Zavod yaradırıq, əlaqə saxlayırıq. İlk zavodu neft daşlarında yaratdılar. Neft daşlarında yaşayış olduğu üçün ora su gəmi ilə aparılır. Duzsuzlaşma zavodu yaradıldıqdan sonra daha gəmi ilə su aparılmır. Bu, elə də böyük bir pul tələb etmir. Evdə filter qoymağa bərabərdir. Amma Xəzərin sahilində müəssisələr yaratmaq, suyu duzsuzlaşdırıb əhaliyə vermək... Bu anlamsız addımdır. Çünki bu proses bugünki texnologiya ilə çox baha başa gəlir".

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info

“Bəlkə bu, gələcəkdə mümkün ola bilər. Əgər yeni texnologiyalar tapılarsa, əslində Xəzər suyunun duzsuzlaşdırılması yaxşı fikirdir.

Amma bu gün baha başa gəlir. Özünüz düşünün, İsrail dənizdən daşıyıb gətirməyi dəniz suyunu duzsuzlaşdırmaqdan üstün bilir”.

Ekspert vurğulayıb ki, İsrail suyu borularla daşıyır.

“Su anbarlarının tikilməsi çox baha başa gəlir. Məsələn, Şəmkirçayda su anbarı tikmişik. Anbar Şəmkir çayının üzərindədir. Ona təxminən 1 milyard pul xərcləmişik. Yəni hidrotexniki qurğular, anbarlar çox pul tələb edir”-deyə Fərzəli Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »