Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Husilər Aralıq dənizində “Esseks”ə hücum etdiyini iddia edirlər
Husilər Aralıq dənizində “Esseks”ə hücum etdiyini iddia edirlər

Yəmənin üsyançı Ənsar Allah hərəkatının husiləri Aralıq dənizində ilk dəfə ticarət gəmisinə hücum edib.

Bizimyol.info xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Sariyanın dediyi kimi, İsrailə gedən “Esseks” gəmisi hücuma məruz qalıb.

“Raket qüvvələri işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün Aralıq dənizində İsrailin “Esseks” gəmisinə bir sıra zərbələr endirib”, - Ənsar Allah nümayəndəsi Husilərə məxsus “Al Masirah” telekanalında deyib.

Sariya həmçinin husilərin Ərəb dənizindəki “MSC Alexandra”ya ballistik raket hücumları təşkil etdiyini və Yunanıstanın Şərqi Aralıq dənizi şirkətinə məxsus “Yannis” gəmisinə Qırmızı dənizdə olarkən hücum etdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »