Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb – Rusiya XİN
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb – Rusiya XİN

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir.

Son zamanlar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd edirlər. Xüsusilə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur. Bu münasibətlərdə əlavə gərginliyə baş nazir Nikol Paşinyanın Qarabağda 44 günlük müharibədə “ən azı 2 KTMT ölkəsi”nin Azərbaycana necə kömək etdiyi barədə son bəyanatı səbəb olub.

Ermənistanın hökumət rəhbəri bu sözləri Belarus prezidentinin Azərbaycana səfəri zamanı rezonans doğuran bəyanatlarını şərh edərkən deyib. Lukaşenko Əliyevə müraciət edərək döyüşləri “sizin qurtuluş savaşınız” adlandırıb.

Qadir, Bizimyol.info

Zaman keçdikcə daha çox siyasətçi, bəlkə bir zaman Ermənistanın özü də 44 günlük müharibəni Azərbaycanın qurtuluş savaşı oluğunu, 30 ildən artıq etiraf edə bilmədikləri - Qarabağın işğalıdan azd edildiyini açıq tektlə səsləndirəcəklər. Ermənilər buna alışsalar yaxşıdır.

Son xəbərlər
Bütün xəbərlər »