Tibbi sahədən azca anlayışı olub-olmayanlar əlinə iynə alıb, insanları pis
günə qoyurlar. Təbii ki, bu da elə fəsadlar yaradır ki, insanlar intihar belə
etmək istəyir. Müsahibim sözün əsl mənasında həkim olub, təbii bitkilərlə
müalicə etməyi bacaran və bu sahədə kifayət qədər təcrübəsi olan, kifayət
qədər patsient məmnunluğu ilə qarşılan həkim – fitoterapevt Zeynəb
xanımdır. Yollanırıq Şərq bazarının yanında fəaliyyət göstərən “Zeynəb
estetik mərkəzə”… Salamlaşıb, dərhal keçirik əsas söhbətə …
- Yeni ildə də iş başındasınız ...
- Bəli, çünki işimi çox sevirəm. Elə insanlar var ki, həqiqətən də ehtiyacları
var və ya hər zaman işdə olduqları üçün yalnız bayram günləri müraciət
edə bilirlər. Ona görə də bayram günləri də müraciət etmək istəyirlər üçün
işləyirik. Həm mən işimdən zövq alıram, həm də ki, mənə kömək üçün
müraciət edənlərə kömək edirəm. Bundan gözəl nə ola bilər?! Mərkəzimiz
bazar günləri belə açıq olur.
- Saat neçədən-neçəyə fəaliyyət göstərirsiniz?
- Saatını dəqiq deyə bilmirəm, çünki konfranslara gedirik, xəstələr çox olur,
onlara uyğun saatlar təyin olunur, buna görə də gəlmək istəyənlər
əvvəlcədən müraciət edirlər. Bunu da qeyd edim ki, Gəncə filialımız da
açılacaq, həm Bakıda, həm də Gəncədə fəaliyyət göstərəcəyik.
- Bildiyim qədərilə siz Tibb Universitetini bitirmisiniz. Təhsiliniz haqda
məlumat verərdiniz.
- Bəli. Mən ali təhsilli həkiməm, profilim müalicə işidir, bitkilərdir.
Kosmetologiyanı isə özüm üçün əlavə məşğuliyyət olaraq öyrənmişəm.
Mən qalmaqal sevmirəm, heç kimin də işinə qarışmıram, hərə özünə
cavabdehdir, amma başqa həkimlər barədə onu deyə bilərəm ki, insan var
ki, illər boyu oxuyur, savadlıdır, amma bacarığı yoxdur. O insan heç vaxt
irəli gedə bilməz. Savadlı olmaq gözəl bir şeydir, amma təcrübə
olmadıqdan sonra uğur qazanmaq mümkünsüzdür. Həkimlər var ki, tibb
sahədə o qədər də geniş məlumatı olmasa da, təcrübəsi o qədər əhatəlidir
ki, illər boyu oxumuş birinin diaqnozunu qəbul etmir, ən gözəl müalicəylə
pasienti sağaldır. Bu da həmin həkimin yüksək təcrübəsindən irəli gəlir.
Kosmetoloqlara gəldikdə isə, Allah hamının ruzisini yetirsin, amma halaldan
yetirsin.
- Zeynəb doktor, mərkəziniz haqqında danışaq.
- Aşağı mərtəbəmiz kosmetoloji mərkəzdir, yuxarı mərtəbədə isə mən sırf
bitkilərlə müalicə edirəm.
- Bitkilərlə hansı xətəlikləri müalicə edirsiniz?
- Qurd xəstəliklərini heç bir kimyəvi maddə istifadə etmədən müalicə edirik.
Saç dəri xəstəliklərinin müalicəsi tam təbii üsulla aparılır. Zəmanətli şəkildə
... Və patsient özü nəticəni dərhal hiss edir.
- Bu yaxınlarda istaqram hesabınızda gördüm ki, balaca bir uşağı
keçəllikdən xilas etmisiniz. Bu barədə məlumat verərdiniz.
- Mən həmişə çalışmışam ki, kiməsə yaxşılığım keçsin, görsəm ki, yaxşılıq
edə bilməyəcəm, o zaman pislik də etmirəm. Həmin xəstələri başqa həkimə
yönəltmişəm, demişəm ki, məndə müalicəsi yoxdur. Göz önündədir ki,
insanlar bizim müalicədən necə razılıq edir, necə xeyirini görür. Həmin
pasientimiz də müalicəmizin effektini görənlərdən biridir. İnanılmaz şəkildə,
tamamilə qaşı, kipriyi olmayan bir pasientimiz kursumun tamamını
bitirmədən 20 günün içərisində çox gözəl effekt gördü. Bu gün də bizə
təşəkkürünü babası vasitəsilə bildirir.
- Bilirəm ki, 2017-ci il sizin üçün uğurlu bir oldu. Elə xəstələr olubmu ki,
dünyanı gəziblər, neçə-neçə həkimin qəbulunda olublar, lakin son çarəni
sizdə tapıblar?
- Bizim elə maraqlı pasientlərimiz çox olub, gəzib dolanıblar bütün
həkimləri, ən son çarəni bizdə tapıblar. Türkiyədə bir pasientin
bağırsağında 2 metrə yaxın qurd aşkarlanmışdı, müalicə üçün mərkəzimizə
gəlmək istəyirdi, amma mən bildim ki, bu, əməliyyatlıqdır, müalicə ilə həll
olacaq problem deyil. Həmin şəxs əməliyyat olunduqdan sonra bizə
müraciət etdi, hansı ki, həmin pasientdə Azərbaycanda aşkar olunmayan
öküz soliteri qurdu var idi. Həmin qurd donuzun qanından keçə bilir. Çox
şükür, biz həmin şəxsi sağaltdıq, mülicəmizin nəticəsində bütün qurdlar
töküldü. Bundan başqa, Azərbaycanda 15 sm görülməkdə olan askarid
qurdunun 49-50 sm olan növlərini müalicəmiz nəticəsində tökmüşük. Hansı
ki, Lelinqradda həmin xəstəyə demişdilər ki, bizlik deyil, ancaq əməliyyat
olunmalıdır, başqa əlacı yoxdur. Amma biz təbii üsulla müalicə elədik və
uğurlu nəticə əldə etdik.
- Qurdların müalicəsindən sonra insanlarda hansı müsbət dəyişikliklər
yaranır? Bu qurd tökülməsinin paxıllığa da aidiyyatı varmı?
- (gülür-red) Paxıllıq sağalmaz bir xətəlikdir. Müayinəsi çox asandır, ama
mülicəsi yoxdur. Dəfələrlə öz həmkarlarımdan, hətta mənə aidiyyatı
olmayan insanlar tərəfindən də paxıllıq görmüşəm. Elələri də var ki, mənim
qanım qara olanda sevinirlər. Həmin insanlarla qarşılaşanda özümü qanı
qara göstərirəm ki, qoy, bir az üzü gülsün. Elə insanlar psixoloji cəhətdən
travma almış şəxslərdir. Keçək qurdların həqiqi fəsadlarına. Ən çox
uşaqlarda ağız suyu, diş qıcaması, ürək bulanması, nadinclik, sidiyi
qaçırtma, böyüklərdə isə ürəkbulanma, qusma halları, ayaqların şişməsi,
qəbizlik halları ilə rastalşırıq. Bundan başqa saç tökülməsi, immunitetin
zəifləməsi, yuxusuzluq, əsəb-sinir sisteminin zəifləməsi kimi fəsadları olur.
Amma bütün bunları qurd xəstəliyinə bağlamaq da düzgün olmaz. Biz öncə
laboratoriyaya müraciət edirik. Öz mərkəzimizdə laboratoriya olmadığı və
heç bir klinika ilə işləmədiyimiz üçün pasient istənilən yerdə analiz verib
bizə müraciət edə bilər. Pasientə rahatlıqla deyirəm ki, ürəyin harada
istəyir, müayinədən keç, mənə cavabları gətir. Mən də həmin cavaba
uyğun müalicə təyin edirəm. Faiz haramdır deyə, heç bir klinika ilə xüsusi
işləmirik ki, məhz analiz vermək üçün insanları ora yönəldək.
- Bəs saç tökülməsi nə ilə əlaqədardır?
- Saç tökülməsi bir sıra səbəblərdən ola bilər. Amma əsas 3 faktor var:
bunlardan birincisi irsi, genetika faktordur, ikinci faktor əsəb-sinir sisteminin
pozulmasıdır, üçüncü faktor isə hormonal patologiyadır. Bunlardan sonra
qan azlığı, dəmir çatışmazlığı, qurd xəstəlikləri və s. problemlər də saç
tökülməsinə səbəb ola bilər. Amma əsas olan sadaladığım 3 faktordur.
Genetik faktorlar elə bir şeydir ki, dünyada heç bir alim bunun qarşısında
dayana bilməyib. Bu gün mənim də bunun qarşısında dayanmağım gülməli
məsələdir. Ilk başda pasienti məlumatlandırırıq ki, boş yerə pulunu
tökməsin. Əsəb-sinir sisteminin pozulması hallarında isə, mən
nevropotoloq olmasam da, müdaxilə edirəm. Təbii üsulla müalicə edirik ki,
sindromlar yerinə gəlsin ki, nəticə əldə edə bilək. Müalicə ilə paralel
pasientə psixoloqa, nevropotoloqa müraciət etməsini də məsləhət görə
bilərik. Paralel şəkildə müalicəmizi aparırıq. Hormonal patalogiya zamanı
pasient qadındırsa, endkrinoloq, kişidirsə, androloqla paralel şəkildə
müalicə aparırıq. Nəticəni isə gözlə görüləcək şəkildə əldə edirik. Əlbəttə
ki, hər şey Allahın əlindədir, amma biz konkret zaman qoyuruq ki, bu qədər
müddətə pasientin saç tökülməsi dayanacaq. Mən bilirəm ki, 13 günə bu
adamın saç tökülməsini dayandırıram və bərpa prosesinə keçirəm. Bir
pasientə deyirəm ki, saç tökülməni dayandıracam, həmin pasient əsəb,
stress keçirirsə, artıq mənim sözümün bir mənası qalmır.
- Axı stressiz həyat yoxdur.
- Əlbəttə yoxdur, amma müalicə alan insan bilməlidir ki, o mülicə alır və
bunu nəzərə almalıdır. Yəni, müalicə zamanı o da mənə kömək etməlidir.
- Yaxşı, bəs saçın bərpa prosesi necə baş verir ?
- Orqanizmdən orqanizmə fərq var. Naxçıvandan bir pasientimiz var idi,
adını çəkməyəcəyəm, xanımın saçı tökülürdü, tökülən hissədə isə tüklər
bərpə olmurdu. Bu problemə görə bir çox həkimlərə müraciət etmişdi, əlacı
kəsilib, ümidsiz bir şəkildə mənə müraciət etdi. Xanım mərkəzimizə çox pis
vəziyyətdə gəlmişdi. Depressiyada idi. Özü də deyirdi ki, son ümid yerim
buradır. Gəldi, illərlə saç çıxmayan hissədən 20 günə xanımın saçları bərpa
oldu. İnstaqram hesabımda da paylaşılıb. Bundan başqa, pasientimiz olub
ki, nişanlı olub, nişanı qayıdıb, stressdən topa-topa, ocaqvari saç
tökülmələri ilə üzləşib. Bərpa zamanı görürdüm ki, xanımın xırda-xırda
saçları tökülür. Soruşurdum ki, bu necə ola bilər, körpə saçlardır axı, sən
nə edirsən ki, bunlar tökülür. Deyirdi ki, heçnə. Atası bizə zəng vurub dedi
ki, qızım, o, sizi aldadır, neçə dəfə hamamda ağlayanda səsini eşitmişəm.
Dedi ki, ona deyin ki, sənə müalicə vermirik. Mən də atasının dediyini
elədim, məqsəd qoydu qarşısına, and içdi ki, siz nə desəniz, odur. Halhazırda
o qızın bərpa edilən saçları öz saçına elə qarışıb ki, ayırmaq
mümkün deyil. Bu yaxınlarda qurdunu müalicə elədiyim Zeynəb adlı bir
pasientimdə isə gecə vaxtı boğulmalar olurdu, çox bərk öskürürdü. Müalicə
etdik. Bir neçə gündən sonra anası dedi ki, uşaq öskürürdü, qaldırdıq ki,
üzünə hava gəlsin. Ağzından qurd töküldü. Uşağın da şəkli, qurdun da şəkli
instaqram hesabımda paylaşılıb, altında da məlumat. Hətta mən deyə
bilirəm ki, sən evə gedəcəksən bu müalicəni edəcəksən və filan günlərdə
səndən qurd töküləcək.
- Həqiqətən çox maraqlıdır. Amma istərdim ki, “Zeynəb estetik
mərkəzindəki” kosmetologiya sahəsi haqqında da danışaq.
- Bizim mərkəzin adından da bəlli ... Həm də estetik mərkəzdir. İstənilən
estetik prosedur bizdə mövcuddur. Mən əlavə təhsilimi Monakoda almışam
və bizim Avropada təhsil almağımız bizə çox kömək oldu. Qızlarımızı da
göndərdim ki, onlar da gedib Avropada təhsil alsınlar. Mən də bildiklərimi
onlara öyrətdiyim üçün prosfesional şəkildə kosmetologiya ilə məşğul
oluruq. Niyə bizim mərkəz fərqlənir? Niyə bu qədər insan bizdən razıdır?
Heç kimi yalandan danışdırmaq, özünü təriflətmək olmaz. Düzdü
müalicəmin qiyməti var. Amma mən gecə yatanda rahat yatıram, bilirəm ki,
qazandığım pul halalımdır, əminəm ki, nəticə əldə edəcəyəm, vicdanım
rahat olur. Bu sübutdur ki, xəstənin valideyni deyir ki, uşağım dişlərini
qıcayırdı, artıq qıcamır, boyu çıxmırdı, artıq uzanıb.
Kosmetoloji şöbəmizdə də müalicələr eyni təbiiliklə aparılır. Bütün
məhsulları mən özüm Fransadan gətirirəm. Hər birinin içərisində mütləq əsl
sertifikatı olur. Sizə bir şey açıqlayacacağam, dırnaqarası həkimlər
pasientə bahalı bir qutunu göstərir ki, gör sənə nə vururam. Qutunun
üstünda holoqramı yoxdur, qutu da açıqdır. İçərisinə Çinin məhsulunu
qoyub pasientin yanında çıxarır ki, guya bahalı məhsul istifadə edir.
Preparat effekt verməsə, deyir ki, bu qədər insanda nəticə oldu, səndə
yox?
- Məncə, bu artıq insanları aldatmaq yox, iflic etməkdir. Savadlı həkim bunu
etməz.
- İnanın, bu insanın vicdanına bağlı olan bir şeydir. Mən bu barədə çox
rahatam. Min şükür, necə iş görürüəm, elə də cavabımı alıram. Həm Allah,
həm də bəndə tərəfindən. Mahsullara qaldıqda isə, onların içərisindəki
sertifikatda məhsul haqqında bütün məlumatlar olmalıdır. Azərbaycanda
preparatı vururlar, deyirlər ki, çıx get. Xaricdə isə bir məhsulu vurmaq üçün
protokol yazılır, altına da imza atılır.
- Mənə elə gəlir ki, gel vurduranlar, dolğu etdirənlər həkimlərdən bunu tələb
etməlidirlər.
- İnsanlarımızın gözünü boyayıblar. Misal üçün, siz dərzisiniz, mən sizə
inanıb gəlmişəmsə, sizin hər sözünüzlə razılaşacağam. Çünki işin
profesionalı sizsiniz. Həkimə gedənlər də elə ...
- Kosmetoloji şöbənizdə nələr var?
- Kometoloji şöbəmizdə kosmetologiyaya aid olan hər bir şey həyata
keçirilir, amma təbii üsulla... Bunlara biorevilitizasiya, dodaq dolğusu,
dodaq gelləri, fillerlər, gözaltı dolğuları, üz dolğuları, bədənin və üzün
korreksiyaları, həmçinin gözəl PRP daxildir. Onu da qeyd edim ki,
Azərbaycanda PRP üzrə yeganə həkiməm ki, xüsusi diplomunu almışam
PRP düzgün tətbiq edilməlidir, bu zaman dəyişikliyi görə bilərlər. Bundan
başqa, tatunun olunması, tatunun pozulması, permament, kiprik qaynağı,
laminasiya, kimyəvi, təbii karbon pilinq, xalların götürlməsi mərkəzimizdə
həyata keçirilir.
Ünvan: Nərimanov rayonu Xətai pr 15, mərkəz 41
Əlaqə: (055) 691 84 64 votsap (051) 366 82 83
İnstagram: dr.zeyneb @drzeyneb @zeyneb_estetik_merkez
Facebook: Zeynəb Sadiqova