Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan məcburən Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir"
"Ermənistan məcburən Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir"

“Bu gün Ermənistan məcburən Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən sonra bəyan edib ki, bundan sonra cənubi Qafqazda siyasi stabilliyin və barış mühitinin olmağında maraqlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfindən, xüsusilə havadarlarından dəstəyi ilə Azərbaycanın sülh çağırışlarına qarşı müəyəyn təxribatçı addımlar atılırdı. Amma son olaraq, Brüsseldə keçirilən 4-cü görüşdən sonra Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülhlə bağlı konkret işçi komissiyasının yaranması ilə bağlı qərarın verilməsi, eyni zamanda Brüssel görüşündən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər artıq Ermənistanın məcbur qalaraq, Azərbaycanın sülhlə bağlı təkliflərini qəbul etdiyini göstərmiş olur.

Tural İsmayılov Tural İsmayılov

“Bütünlükdə isə, Ermənistanın bu gün Türkiyə ilə münaisbətləri normallaşdırmaq, eyni zamanda Azərbaycanla sülhə gəlməkdən başqa heç bir yolu qalmayıb. Ermənistanın dövlət borcu kifayət qədər çoxdur. Eyni zamanda Ermənistanda hansısa bir perespektiv də görünmür ki, hansısa meyarlarla həmin borcları geri qaytaracaq. Miqrasiya axını prosesi Ermənistanda artmaqda davam edir. Hər gün Ermənistandan gedən vətəndaşların sayı əvvəlki dövrlərlə müqayisədə daha çoxdur”,- deyə Tural İsmayılov əlavə edib.

Politoloq vurğulayıb ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün Ermənistanın dövlət olaraq, mövcudluğunu və ümumiyyətlə Ermənistanın gələcəyinin varlığı Azərbayanla sülhdən və Türkiyə ilə münasibətlərin normalaşmasından asılıdır.

Ekspert hesab edir ki, Paşinyanın sülhlə bağlı açıqlamaları və noyabra qədər, yəni 5-ci Brüssel görüşünə qədər sülhlə bağlı hansısa işlərin görülməsi ilə bağlı verdiyi vədlər, regionda Azərbaycanın yaratdığı reallıqlaır bir daha göstərmiş olur.

Tural İsmayılovun fikrincə, ümumiyyətlə, Azərbaycan təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün Avrasiyada yeni siyasi düzənin əsas konfiqurasiyaların memarı qismində çıxış edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »