Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin sanksiyaları yumşaltmaq üçün Avropaya qazla təzyiq göstərir
Putin sanksiyaları yumşaltmaq üçün Avropaya qazla təzyiq göstərir

Rusiya ona qarşı yönəlmiş sərt sanksiya siyasətinə görə Avropa İttifaqına təzyiqi artırmaq üçün Avropa ölkələrinə minimum miqdarda qaz tədarükünü davam etdirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bloomberg” Kremldəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki,  Rusiyanın “Qazprom” şirkəti Aİ-yə qaz nəqlinin azalmasının səbəblərini izah edərək texniki problemlərə istinad edir. Lakin əslində monopolist “Şimal axını 1”dən Avropa liderlərinə təsir vasitəsi kimi istifadə edir.

Kremldəki mənbələrə görə, Rusiya blokun enerji asılılığından istifadə edərək, Avropa İttifaqını sanksiyaları yumşaltmağa məcbur etmək istəyir.

"Rusiya hakimiyyəti və "Qazprom" Avropalı müştərilərin qış tələbatını ödəmək üçün idxalı artırmasının qarşısını alaraq qaz tədarükünü məhdudlaşdırmaq üçün səbəblər axtarmağa davam edəcək. Aİ rəsmiləri isə, tədarükün bərpa olunmayacağı təqdirdə ciddi iqtisadi böhranla bağlı xəbərdarlıq edir və  istehlakçıları həyati əhəmiyyət kəsb edən qazdan istifadəni azaltmağa çağırır.

Xatırladaq ki, Kanada sanksiyalara görə Portovaya kompressor stansiyasının turbinini “Qazprom”a göndərə bilməyib. Ottava buna baxmayaraq, onu inhisarçıya təhvil vermək qərarına gəldikdə, Kreml turbini geri qəbul etməyib.

Daha sonra Moskva Siemens-dən Kanada hakimiyyət orqanlarından müvafiq sənədləri istəyib.

Sənədləri aldıqdan sonra “Qazprom” “əvvəllər müəyyən edilmiş riskləri aradan qaldırmadıqlarını və suallar doğurmadıqlarını” bildirib, həmçinin turbinin sanksiyalardan çıxarılması ilə bağlı əlavə sənədlər istəyib.

Xatrıladaq ki,  iyulun 25-də “Qazprom” elan edib ki, “Şimal axını-1” qaz kəmərində daha bir turbinin əsaslı təmir müddətinin başa çatması ilə əlaqədar şirkət turbini dayandırmaq və qaz kəməri ilə qaz axınını gündə 33 milyon kubmetrə qədər azaltmaq niyyətindədir.

Siemens bildirib ki, əvvəllər Kanadada saxlanılan “Şimal axını 1” qaz kəmərindən olan turbin daşınmağa hazırdır, lakin Rusiyanın qaz inhisarçısı “Qazprom” turbinin Rusiyaya göndərilməsi üçün hələ də lazımi gömrük sənədlərini təqdim etməyib.

Baş verənlər fonunda Hollandiyanın TTF qovşağında qazın qiyməti min kubmetr üçün 2000 dolları ötüb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »