Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran sammitinin ardından maraqlı səfər: Suriyanın xarici işlər naziri Tehrana getdi
İran sammitinin ardından maraqlı səfər: Suriyanın xarici işlər naziri Tehrana getdi

Dünən Tehranda keçirilən və dünyanın gözünün İrana çevrilməsinə səbəb olan Suriya sammitində gündəmin əsas mövzularından biri də Türkiyənin hazırladığı Suriya əməliyyatı olub. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli zirvə toplantısından sonra açıqlama verib: “PKK, YPG, PYD Fəratın qərbində və şərqində terror fəaliyyətlərini davam etdirir. Suriya xalqına ediləcək ən böyük yaxşılıq separatçı terror təşkilatının işğal olunmuş torpaqlardan çıxarılması olacaq”.

Putin isə “suriyalılar ölkənin taleyini xarici müdaxilələr olmadan təyin etməlidir” deyə bildirib.  Bundan əlavə İran lideri də “bütün xarici güclər Suriyanı tərk etməlidir” deyə əlavə edib.

Digər tərəfdən, İranın ali lideri Ayətullah Əli Xamneyinin dünən Ərdoğana Suriyaya hərbi hücumun bölgədə sabitliyi pozacağını dediyi bildirilir.

Xatırladaq ki, İran və Rusiya daha əvvəl də Türkiyənin mümkün əməliyyatına qarşı bəyanatlar vermişdilər.

Kritik zirvədən sonra Suriyanın xarici işlər naziri Feysəl Mikdad da dünən axşam İrana gedib. Mikdadın dünən keçirilən görüşlərdə alınan qərarlar barədə məlumat almaq üçün Tehranda danışıqlar aparacağı və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcəyi bildirilir.

İran mediası Türkiyənin Suriyanın şimalına mümkün əməliyyatının da suriyalı nazirin gündəmində olduğuna diqqət çəkib.

Qeyd edək ki, İran bir müddətdir ki, Türkiyə ilə Suriya arasında vasitəçilik etməyə çalışır. İranın xarici işlər naziri Abdullahiyan ötən ay Türkiyəyə səfər edib, daha sonra Suriya lideri Bəşər Əsədlə görüşüb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »