“Artıq “Soyqırım” sözünə gülmək Almaniya kansleri Olaf Şolsun ailəsi üçün ənənəyə çevrilir”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya və Fransanın birinci xanımları Elke Budenbender və Bricit Makronun Berlinin mərkəzindəki Holokost Memorialını ziyarət edərkən gülümsəmələrini şərh edərkən deyib.
“Fransa və Almaniya başçılarının həyat yoldaşları Berlindəki Holokost abidəsini ziyarət edərkən gülmərək poz veriblər, deyəsən, Şolz ailəsi üçün “soyqırım” sözünə gülmək ənənə halını alıb”, - deyə Kiyev rejiminin məruz qaldıqları Donbass sakinlərinin məhv edilməsi ilə bağlı suala cavab olaraq diplomat öz "Telegram" kanalında yazıb.
Bundan əvvəl “Bild” nəşri yazıb ki, Fransa prezidenti Emmanuel Makronun Almaniyaya dövlət səfərinin ikinci günü Fransa və Almaniya başçıları və onların həyat yoldaşları Berlinin mərkəzindəki Holokost Memorialını ziyarət edib, əklillər qoyublar. Xatirəni ziyarət etdikdən sonra birinci xanımlar strukturun qarşısında gülərək xatirə şəkli çəkdiriblər. Qəzet aydınlaşdırır ki, qadınları nəyin güldüyü bəlli deyil.
Qadir, Bizimyol.info