Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahunun Rafah hücumu ilə bağlı bəyanatı: Faciəli uğursuzluq
Netanyahunun Rafah hücumu ilə bağlı bəyanatı: Faciəli uğursuzluq

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun dünən gecə Rəfəh şəhərində məcburi köçkün fələstinlilərin düşərgəsinə hücumunun "faciəli uğursuzluq" olduğunu iddia edib.

Bizimyol.info xəbər verir ki, Netanyahu İsrail parlamentindəki çıxışında ölkəsinin Qəzzada 7 oktyabrdan bəri humanitar fəlakətə səbəb olan hücumlarına toxunub.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki məcburi köçkün fələstinlilərin düşərgəsinə dünən etdiyi hücumu "faciəli bir uğursuzluq" olaraq xarakterizə edən Netanyahu hücumu araşdırdıqlarını bildirib.

İsrail dövlət televiziyasının məlumatına görə, Netanyahunun Qərbi Qüdsdə İsrail parlamentində baş assambleyaya müraciəti zamanı Qəzzadakı israilli məhbusların yaxınları pankartlarla etiraz ediblər.

Parlamentin ziyarətçilər hissəsində pankart açan israillilər, əsirlərin üzləri olan pankarta “Gözlərinin içinə bax” yazaraq Netanyahuya reaksiya veriblər. İsrailli məhbusların yaxınları Netanyahunun çıxışı zamanı “İndi hamınız” şüarları səsləndirərək bütün İsrail siyasətçilərini məhbusları xilas etməyə çağırıblar.

İsrailin əsas müxalifət lideri Yair Lapid parlamentdəki çıxışında Netanyahuya: “Sən baş nazir olaraq qala bilməzsən, çünki əslində baş nazir deyilsən. Siz hökumətinizdəki ekstremistlərin girovusunuz”, - deyib. O, Netanyahunun İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin təsiri altında olduğunu bildirib.

Mayın 24-də BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) qəbul etdiyi ehtiyat qərarlarında İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımların qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməli olduğuna qərar verib.

BƏM-in İsrailin Qəzza zolağının Rəfah şəhərinə hücumları dayandırmağa qərar verdikdən sonra məcburi köçkün fələstinlilərin çadırlarına hücumu və zərbələr zamanı ən az 40 fələstinlinin həyatını itirdiyi açıqlanıb.

Şahidlər: “İsrail ordusunun bombardmanı düşərgədəki bir çox çadırın dağılmasına və yanmasına səbəb olub. Bu düşərgə minlərlə məcburi köçkün fələstinlinin yaşadığı Rəfah şəhərində, İsrail ordusunun təxliyyə etmək istədiyi ərazidə yerləşmir”, - deyə qeyd ediblər. Hadisə şahidləri İsrail döyüş təyyarələrinin düşərgəyə ən azı 8 raketlə hücum etdiyini bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »