Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyalı nazir ölkəsinin Fələstin siyasətinə görə fitə basılıb
Almaniyalı nazir ölkəsinin Fələstin siyasətinə görə fitə basılıb

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Almaniya hökumətinin Fələstin siyasətinə görə Berlində keçirilən tədbirdə fitə basdığı ​​məlum olub.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə Berbokun konstitusiyanın qəbulunun 75-ci ildönümü ilə əlaqədar dünən Berlində keçirilən Demokratiya Festivalında çıxışı zamanı fitə basdığı görülüb.

Tədbirə qatılan tamaşaçılardan bəziləri Almaniya hökumətinin Fələstin siyasətinə etiraz edərək, bannerlər açaraq, Berbokun çıxışının qarşısını almaq istəyiblər. İştirakçılar Almaniya hökumətini birtərəflilikdə ittiham edərək, Berbokdan İsrailə silah göndərilməsini dərhal dayandırmağı tələb ediblər.

Alman mətbuatında yer alan xəbərə görə, yəhudi olduğunu deyən Berboka etiraz edən tamaşaçılardan bir qadın: "İsrailin Qəzzaya hücumlarından sonra Almaniyada fikir azadlığı yoxdur", - deyə qışqırdığı bildirilib.

Berboka etiraz edənlərin daha sonra təhlükəsizlik müşayiəti ilə zaldan çıxarıldığı qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »