Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maliyyə texnologiyaları startapı Paymes, regionun ödəmə nəhəngi PayTabs ilə birləşir
Maliyyə texnologiyaları startapı Paymes, regionun ödəmə nəhəngi PayTabs ilə birləşir

Paymes və PayTabs Yaxın Şərq və Şimali Afrika regionunda milyonlarla satıcını sosial marketinq həlləri ilə gücləndirmək üçün əməkdaşlıq edərək öz qüvvələrini birləşdirir.

Aldığı investisiyalar və mükafatlarla diqqət çəkən Türkiyənin ən çox istifadəçiyə sahib ödəmə platforması Paymes, Yaxın Şərq və Şimali Afrikanı əhatə edən MENA regionun lider ödəmə və elektron pul təşkilatçısı PayTabs ilə güclərini birləşdirir. Əməkdaşlıq çərçivəsində Paymes Türkiyə ofisi PayTabs-ın Avrasiya əməliyyatlarının idarə mərkəzi olarkən, PayTabs-ın MENA regionunda yerləşən ofislərinə də Paymes brendi altında sosial marketinqlə əlaqəli məhsulları ilə xidmət edəcək və bu məhsulları EMEA regionunu tamamilə əhatə edəcək. Digər bir tərəfdən Statisca-nın proqnozları, sosial marketinq satışlarının dəyərinin 2026-cı ilə qədər təqribən 2.9 trilyon ABŞ dollarına çatacağını göstərir.

Əməkdaşlıqdan sonra Paymes və PayTabs-in heyəti, mikro satıcıların bazar payının böyük bir hissəsini əldə etmək məqsədilə, 2022-ci il ərzində PayTabs ofisləri üçün satışa məhsul çıxarmaqla bağlı işə başlayacaqlar.

PayTabs, MENA regionunda ticarət ödəniş həlləri lideridir MENA regionunun mükafatlandırılmış, lider ödəmə və elektron pul təşkilatı PayTabs yarandığı gündən bəri KOBİ-lər və e-ticarət müəssisələri üçün oyunun qaydalarını dəyişdirəcək onlayn, mobil və sosial marketinq ticarət ödəniş həlləri xidməti göstərir. PayTabs, ödəmələrə diqqətlə yanaşaraq bir çox valyutada, təhlükəsiz və problemsiz bir şəkildə xidmət təqdim edir. API bağlantıları vasitəsilə PayTabs, satıcılar üçün veb-saytlarında və ya onlayn mağazalarında “quraşdır və başlat” tipli ödəniş xüsusiyyətləri ilə problemsiz işləyən B2B və e-ticarət həll yolları ilə önə çıxır. Satıcılar real zamanda sistemə daxil edilərək e-ticarət işlərinə bir neçə saata başlaya bilirlər. PayTabs, əlavə olaraq müəssisələrin elektron faktura, QR kod və sosial media ödəmə bağlantılarını istifadə edərək ödəniş etmələrinə imkan yaradan rəqəmsal faktura xidməti də təqdim edir. 2021-də PayTabs, MENA bazarında smartfonları kommersiya aparatına, (POS) terminala çevirən ilk soft POS texnologiyası olan PT Touch-u da satışa çıxarmışdır.

Bütün dünyaya maliyyə azadlığı gətirmək üçün çalışacağıq Avrasiya, Yaxın Şərq və Şimali Afrika regionlarında bazara çıxarılacaq yeni məhsulları ilə qlobal rəqabətə daxil olmağın həyəcanını yaşayan Paymes həmtəsisçisi Sabrican Zaim, öz sözlərini belə ifadə edib: “Türkiyənin və Azərbaycanın sosial marketinqdəki lider ödəniş platforması Paymes olaraq MENA regionunun lider ödəniş təşkilatlarından olan PayTabs ilə güclərimizi birləşdirmişik. Türkiyədə və Azərbaycandakı bütün dəyərli rəqiblərimizin yanında, qlobal miqyaslı dünyanın ən böyük beş fintech təşkilatı ilə qlobal bir brend olaraq rəqabətə hazırlaşırıq. Mövcud Türkiyə ofisinin də daxil olacağı Avrasiya əməliyyatının yeni planları ilə birlikdə xidmətlərimizi bir çox ölkədə əlçatan hala gətirəcəyik. Bu istiqamətdə, EMEA bölgəsində fəaliyyət göstərən ofislərimiz və fərqli milliyətlərdən olan heyət üzvlərimizlə birlikdə təşkilat və ya fərd fərqi olmadan bütün dünyaya maliyyə azadlığı gətirmək üçün çalışacağıq”. Maliyyə texnologiyaları startapı Paymes, regionun ödəmə nəhəngi PayTabs ilə birləşir.

Press-reliz PayTabs təsisçisi və baş icraçı direktoru Abdulaziz Al Jouf isə:

“Paymes ilə əməkdaşlığımızı, maliyyə texnologiyaları sahəsində ayaq izlərimizi böyütmək üçün böyük bir fürsət olaraq görürük. Paymes ilə yaratdığımız qlobal əməkdaşlıq ilə birlikdə ödəmə texnologiyalarının gələcəyinə istiqamət verəcəyik. Eticarət iqtisadiyyatını qlobal olaraq böyütməyə çalışma məqsədimiz də, milyonlarla müəssisə və satıcı üçün rəqəmsal ödənişləri asanlaşdıracaq.” şəklində fikrini bildirib.

EMEA regionuna Türkiyədəki heyətimizlə dəstək verəcəyik Əməkdaşlığın idarəetmə və idarəçi heyət barəsində detallarını bölüşən Paymes həmtəsisçisi Hasan Jabbarov belə bir dəyərləndirmə edib:

“PayTabs ilə güclərimizi birləşdirmək üçün ciddi bir razılaşmaya imza atdıq. Razılaşma çərçivəsində Paymes komandasında idarəçi vəzifələrimiz davam edərkən, cavabdeh olduğumuz fərqli yerlərdə səlahiyyətimiz paralel olaraq inkişaf edəcək. Həmkarlarımızı PayTabs ofislərində birbaşa Paymes məhsulları ilə əlaqədar proseslərin idarəsinə təyin edəcəyik. PayTab-ə təcrübəli olduğumuz sosial marketinq sahəsində yeni məhsullarımızla birlikdə töhfə verəcəyik. 2022-ci ildə sürətlə böyüyən Türkiyədəki heyətimizi böyütməyə davam edərək təcrübə, satış, işin inkişafı nöqtələrində

bütün EMEA bölgəsini Türkiyədəki heyətimizlə dəstəkləyəcəyik.”

EMEA bazarında güclərimizi birləşdirərək aqressiv şəkildə böyüyəcəyik Paymes həmtəsisçisi Şehlem Akbulut da əməkdaşlığın aqressiv bir inkişaf qazandıracağını ifadə edərək: “Paymes olaraq regionda sürətlə böyüyərkən, indi də PayTabs əməkdaşlığında EMEA bölgəsinə açılacağıq. Bu bazarda inkişaf strategiyalarımızın bizə sürət qazandıracağını inanırıq. Öz regionunda halhazırda lider olan iki şirkətin güclərini birləşdirməsi, sosial marketinq anlayışını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və yeni bazarlarda daha güclü formada xidmət etməyimizi təmin edəcək. Türkiyə və Azərbaycanda olduğu kimi EMEA regionunda da sosial marketinqin inkişafını yeni məhsullarımızla dəstəkləyəcəyik, xüsusilə qadınların sosial marketinqlə ailə iqtisadiyyatına təsirinə dəstək olmağa davam edəcəyik.” kimi açıqlama verib.

Paymes haqqında: Aldığı dünya miqyaslı investisiyalar və mükafatlarla diqqət çəkən Paymes, fərd və şirkətlərin hansısa bir elektron marketinqlə bağlı məlumatlı olmasına, tətbiqə bağlı olmasına, yüksək bir büdcəyə sahib olmasına ehtiyac olmadan ödəmələri qəbul etmələrinə imkan yaradan ödəniş platformasıdır. Sosial media üzərindən satış edən şəxslərin ödəmələri qəbul etmə prosesini asanlaşadırmaq və təhlükəsiz hala gətirmək üçün yola çıxmış şirkət, bu gün evində əl əməyi ilə məhsul hazırlayan evdar qadından 1000 filiala sahib fabrikə və dilerlərə qədər xidmət göstərən formaya çatıb.

Paymes infrastrukturunu hazırladığı linklə, ödəmə platforması ilə, sosial media üzərindən edilən alış-verişlərdə alıcı və satıcının bir mesajlaşma tətbiqini istifadə edərək rahatlıqla alış-veriş etməsinə şərait yaradır. Sosial marketinq anlayışının dünyaya yayıldığı ilk gündən bəri bu sahədə edilən ödənişlərin təhlükəsiz və sürətli bir şəkildə həyata keçməsi üçün işlər görən fintech şirkəti kimi, təhlükəsiz alış-veriş xidməti təqdim etməkdən əlavə istifadəçini, doldurulacaq uzun anketlərdən və texniki detallardan azad edir. Son dərəcədə asan və effektiv yeni nəsil ödəniş platforması təklif edərək satıcıların 20 saniyə ərzində satış linki yaratmasına imkan yaradır. Facebook, Messenger, Instagram, Telegram, Etsy, SMS, WhatsApp tətbiqləri üzərində xidmət göstərir.

PayTabs haqqında: PayTabs, Səudiyyəli sahibkar Abdulaziz Al Jouf tərəfindən qurulmuş mükafatlara sahib, B2B, ticarət ödəniş həlləri mərkəzidir. 2014-cü ilin iyun ayında ilk canlı elektron ticarət ödəmə qapısı prosesini həyata keçirən PayTabs, bu gün birdən çox valyutada prosesləri təhlükəsiz və təhükəsiz bir şəkildə həyata keçirir. API bağlantılarından istifadə edən PayTabs, 49 sektorda KOBI-lərin veb-saytlarında “quraşdır və başlat” ödəniş xüsusiyyətləri üçün problemsiz B2B e-ticarət üsullarını asanlaşdırır. PayTabs, müəssisələrin kağızsız fakturalandırma, QR kod və ya sosial media ödəmə bağlantıları vasitəsilə ödəmə etmələrini həyata keçirən rəqəmsal fakturalama xidməti təklif edir.

PayTabs , illər ərzində oyunun qaydalarını dəyişdirən əksiksiz həll yolları yaradıb və ixrac edib. Bunlara, MENA regionundakı milyardlarla dollarlıq korporativ bazar zəncirini bir-birinə bağlayan mobil tətbiqlər, hökumət, təhsil, hava yolu, səyahət, nəqliyyat, faktura kimi həll yolları aid edilə bilər. 2021-ci ilin aprelində PayTabs, MENA bazarında smartfonları kommersiya aparatına, (POS) terminala çevirən ilk POS texnologiyası olan PT Touch-u bazara çıxarmışdır. Qlobal ödənişlər sahəsində özünü təsdiqləmiş PayTabs, BƏƏ və Səudiyyə Ərəbistan daxil olmaqla Körfəz Əməkdaşlıq Şurasında özəl ofislərdə, Misirdə və bir çox yerdə varlğını göstərməkdədir.

Son xəbərlər
Bütün xəbərlər »