Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib
Gənc qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib

Martın 13-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bizimyol.info xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, daxil olan məlumat əsasında aparılmış ilkin araşdırmalarla zərərçəkmiş Ülviyyə Həsənovanın əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »