Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bloomberg”: Bayden İsveçrədəki Ukrayna konfransını buraxa bilər
“Bloomberg”: Bayden İsveçrədəki Ukrayna konfransını buraxa bilər

ABŞ prezidenti Co Bayden, Kaliforniyada eyni vaxtda baş tutan maliyyə toplama tədbirinə görə, iyunun 15-16-da Bürgenstokda keçirilməsi planlaşdırılan Ukrayna konfransında iştirak etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Bayden çox güman ki, İsveçrədə keçiriləcək “Ukrayna üzrə sülh sammitini” buraxacaq, çünki iyunun 15-də Los-Ancelesdə seçki kampaniyası üçün planlaşdırılan vəsaitin toplanması tədbirində iştirak etmək niyyətindədir. Qeyd olunur ki, tədbirdə ABŞ-ın keçmiş prezidenti Barak Obama, aktyorlar Corc Kluni və Culiya Roberts, komediya ustası Cimmi Kimmel və digər amerikalı məşhurlar iştirak edəcəklər. Agentlik əlavə edir ki, Bürgenstokda keçirilən konfransda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iştirakı da planlaşdırılmır.

İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrənin Xarici İşlər Federal Departamenti (Nazirliyi) daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən dəvət edib. İsveçrə rəsmilərinin bildirdiyinə görə, Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikrincə, İsveçrədə konfrans keçirmək “heç bir çıxışı olmaya yerə aparan yoldur” və Moskva Qərbin işini vicdanla aparmaq istəyini görmür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »