Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna pilotlarının ilk qrupu “F-16”da təlimləri tamamlayıb - “Politico”
Ukrayna pilotlarının ilk qrupu “F-16”da təlimləri tamamlayıb - “Politico”

Ukrayna pilotlarının ilk qrupu artıq ABŞ-ın Arizona ştatındakı hərbi bazada “F-16” təyyarələri ilə bağlı təlimləri başa vurub.

Bizimyol.info xəbər verir ki, “Politico”nun verdiyi məlumata görə, bu barədə Arizona Milli Qvardiyasının sözçüsü Erin Hanniqan açıqlama verib. Onun fikrincə, təlimin başa çatdırılması müasir Amerika istehsalı olan qırıcıların Ukrayna səmasında görünməsini təmin etmək üçün həlledici addım olacaq.

Qeyd olunur ki, pilotlar Tusondakı 162-ci Milli Hava Qvardiyası bazasında təlim keçiblər. Milli Qvardiyanın sözçüsü onlardan neçəsinin təlimi başa vurduğunu və ya dəqiq məzuniyyət tarixini “təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə” açıqlamayıb.

Onun sözlərinə görə, pilotlar hazırda Avropaya gedirlər və orada əlavə təlim keçməlidirlər.

Ukrayna mətbuatının verdiyi məlumata görə, mayın 21-də Niderlandın Müdafiə Nazirliyi “F-16” qırıcılarına texniki qulluq üzrə təlim keçmiş 10 ukraynalı mütəxəssisin təliminin başa çatdığını elan edib. Təlim zamanı Ukrayna hərbçilərinə, o cümlədən “F-16” uçuşları zamanı mümkün risklərə qarşı hazırlıqlar öyrədilib.

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, bu yaydan etibarən Ukrayna Qərbdən “F-16” qırıcılarını qəbul etməyə başlayacaq. Danimarka təyyarələri ilk olaraq Kiyevə yola düşəcək.

Hərbi Hava Qüvvələri bu yaxınlarda ABŞ-ın “F-16” qırıcılarının ilk texniki qulluqçularının xaricdəki təlimlərdən Ukraynaya qayıtmağa başladığını da açıqlayıb.

Prezident Vladimir Zelenski deyib ki, Ukraynanın səmada rus işğalçılarına qarşı durmaq üçün 100-dən çox “F-16” qırıcısına ehtiyacı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »