Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi fəaliyyətini çətinləşdirən qaydalar gözlənilir: Hansı tələblər olacaq
Taksi fəaliyyətini çətinləşdirən qaydalar gözlənilir: Hansı tələblər olacaq

Bakıda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq. Belə ki, Baş nazir Əli Əsədov bununla bağlı “"Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncam verib.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Eldəniz Cəfər Eldəniz Cəfər

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin ayrıca bir normativi var. 2009-cu ildə təsdiq edilmişdi: “Düşünürəm ki, bu günkü reallığa uyğun olaraq həm taksi fəaliyyətində, həm ictimai nəqliyyatda müəyyən dəyişikliklər nəzərdə tutulur. Görünür ki, hələ bu məsələ təkliflər mərhələsindədir. Bu təkliflər veriləndən sonra yəqin ki, yeni qaydalar təsdiq ediləcək”.

Ekspert bildirir ki, bu təkliflərin verilməsində ictimaiyyət də yaxından iştirak etsin. Məsələn nəqliyyat ekspertləri öz fikirlərini desinlər, media bu barədə müzakirələr aparsın və ümumi məsləhətləşmələrdən sonra qərar verilsin:

“Taksi fəaliyyəti ilə məşğul olan şəxsin ən az 3 il sürücülük təcrübəsi olmalıdır. Yəni söhbət təcrübədən gedir, sürücülük vəsiqəsinin olmasından deyil. İkinci növbədə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin üzərində bu fəaliyyəti əks etdirən “şahmat” işarəsi - narıncı işıqlı qurğunun qoyulması məcburi olmalıdır. Taksi fəaliyyəti ilə məşğul olanlara xüsusi İD fərqlənmə nişanı verilməlidir. Bu fərqlənmə nişanı avtomobilin salonunda sərnişinin görəcəyi bir yerdə yerləşdirilməlidir” - deyən ekspert bildirir ki, taksidə fiks qiymətlərin tətbiq edilməməsini təklif edir. Onun sözlərinə görə, indiki qiymətlər hər km-ə görə 70 qəpik nəzərdə tutulub. Məsafə artdıqca bu qiymət 50 qəpiyə düşür.

E.Cəfər bu qiymətləri normal, qəbul edilən hesab edir: “Bu nə baha, nə də ucuz qiymətdir. Bu günki reallığı əks etdirir və tövsiyyə xarakterli qiymətlərdir. Bazar iqtisadiyyatına uyğun olaraq qiymətlər bir qədər enib, bir qədər yüksələ bilər. Bu qiymətlərin qalmasının tərəfdarıyam”.

Ekspert taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə xüsusi CPS sisteminin quraşdırılmasını da təklif edir. Çox məhdudiyyət tətbiq etməmək şərti ilə önəmli amillərin yerinə yetirilməsini irəli sürən E.Cəfər deyir ki, belə olarsa, taksi fəaliyyətində həm təhlükəsizlik, həm də keyfiyyətdə olar. Qiymətlər isə, həm sərnişinlər, həm də şirkətlər tərəfindən tənzimlənəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »