Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovla bağlı gərginlik artır - İQK "terrorçu" ifadəsinin araşdırılmasını tələb edir
Kadırovla bağlı gərginlik artır - İQK "terrorçu" ifadəsinin araşdırılmasını tələb edir

“İşgəncələrə Qarşı Komitə” (İQK) Baş Prokurorluğa və İstintaq Komitəsinə Çeçenistan rəhbəri Ramzan Kadırovun Komitənin təsisçisi, İnsan Hüquqları Şurasının üzvü İqor Kalyapinə, “Novaya qazeta”nın köşə yazarı Elena Milaşina, "Novaya Qazeta"nın özünə və “Dojd” telekanalına qarşı işlətdiyi "terrorçu" ifadəsinin araşdırılması xahişi ilə müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun saytında məlumat verilib.

Hüquq müdafiəçiləri baş prokuror İqor Krasnovdan və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən Kadırovun ifadələrinə qiymət verməyi, həmçinin cinayət işinin başlanması məsələsini həll etmək üçün onun sözlərini yoxlamağı xahiş ediblər. İQK vurğuladı ki, onlar Çeçenistan rəhbərinin bəyanatlarının qeyri-qanuni hərəkətlərə dəstək və ya çağırış kimi qəbul ediblər.

“İşgəncələrə Qarşı Komitəyə, “Dojd” və “Novaya qazeta” müstəqil media orqanlarına, jurnalist Yelena Milaşina və İQK üzvü İqor Kalyapinə qarşı edilən bəyanatlar yol verilməzdir və qanun çərçivəsindən kənara çıxmaqdır. Bu cür bəyanatlar təkcə təşkilatlar və konkret şəxslər üçün deyil, həm də bütün rus cəmiyyəti üçün faciəvi nəticələrə səbəb ola bilər”, - hüquq müdafiəçiləri qeyd ediblər.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri keçmiş hakim Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayevanı Nijni Novqoroddan Çeçenistana zorla aparandan sonra Kadırov Yanqulbayevlər ailəsinə qarşı təhdidlər səsləndirib. Çeçenistan rəhbəri xarici dövlətləri istefada olan hakimin ailəsini “qovmağa” çağırıb. Həyat yoldaşının başına gələnlərdən sonra Yanqulbayev təhdidlərə görə Rusiya Federasiyasını tərk edib. Bundan başqa, Kadırov Kalyapin, Milaşina, həmçinin “Novaya qazeta” və “Dojd”un redaksiyalarına qarşı cinayət işinin başlanmasını istəyib.

“Biz hər zaman aralarında heç bir fərq olmayan terrorçuları və onların ortaqlarını məhv etmişik və buna davam edəcəyik. Biz öz torpağımızı onlardan təmizlədik və indi harada olurlarsa olsunlar, onlarla amansız mübarizə aparırıq”, - deyə Kadırov bildirib.

“Novaya qazeta” da Kadırovun açıqlamalarına görə İstintaq Komitəsinə müraciət edib. Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı və “Yabloko” partiyasının sədr müavini Boris Vişnevski Yanqulbayevi də hədələyən Çeçenistan rəhbəri, Dövlət Dumasının deputatı Adam Delimxanov və Çeçenistan təhlükəsizlik işçilərinin sözləri ilə bağlı prokurora müraciət göndərib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »