Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşə yanğınlarına qarşı süni intellektdən istifadə ediləcək
Meşə yanğınlarına qarşı süni intellektdən istifadə ediləcək

Meşə yanğınları ilə mübarizədə süni intellektdən istifadə olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Mövcud müşahidə qüllələrində mexaniki kameralar var. Bunlar süni intellektlə təchiz edilmiş kameralarla əvəz ediləcək. Ağıllı qüllələr, tüstünün məsafədən aşkarlanması, yanğına qarşı erkən xəbərdarlıq sistemi proqramlarını işə salınacaq.

Sistemlə 20 km. məsafədən tüstünü aşkar edə biləcək. Aşkar edilmiş yanğın nöqtəsinin nisbi koordinatları müəyyən edilərkən həyəcan siqnalı mərkəzə SMS və ya MMS şəklində göndəriləcək. Qüllədən təxminən 2 dəqiqə ərzində 20-50 min hektar ərazi skan edilir. 2030-cu ilə qədər mövcud qüllələrin 70%-nin ağıllı qüllələrə çevrilməsi planlaşdırılır.

Yanğın aşkarlama analizi tüstü və yanğını təsvirdən 15-20 km-ə qədər aşkar edə bilən ardıcıl yoxlama alqoritminə malikdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »