Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosa səyahət qiymətləri
Kosmosa səyahət qiymətləri

Son illərdə kosmos və kosmik turizmə investisiyalar sürət qazansa da, 2021-ci ildə başlayan turistik səyahətlərin önümüzdəki illərdə daha da artması gözlənilir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın kosmos araşdırmalar təşkilatı “Roskosmos” ilə birlikdə ISS-ə səfərlər təşkil etməyə hazırlaşan “Space Adventures” şirkətinin meneceri Tom Shelley Almaniya mətbuatına səyahət xərcləri ilə bağlı açıqlamalar verib.

Alman xəbər agentliyinin suallarını cavablandıran Shelley, belə bir səfərin məbləğini, ancaq çox varlı insanların ödəyə biləcəyini vurğulayıb.

"Qiymət çox yüksəkdir, ona görə də bunu ödəyə bilən çox deyil. Məsələn, Kosmik Stansiyaya səyahətin dəyəri təxminən 50 milyon avrodur.

Gələcək illərdə kosmosda gəzmək səyahət alternativləri arasında olacaq. Bunun isə qiymətləri daha da yüksək olacaq”,-deyə bildirib.

Qeyd edək ki, 2021-ci ildə Britaniyalı milyarder Riçard Branson və sonra Amazonun qurucusu Ceff Bezos kosmik gəmi ilə sınaq uçuşları həyata keçirib. Daha sonra Bezosun qurduğu aerokosmik şirkəti Blue Origin tərəfindən təşkil edilən səfərlər zamanı ümumilikdə 10 nəfər kosmosa səyahət edib. Bu insanlar arasında Ulduz yolu serialında Kapitan Kirk rolunu oynayan aktyor Uilyam Şatner də var idi.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »