Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: "Omicron" sürətlə yayılır - Avropa yeni COVID dalğası ilə üzləşib
ÜST: "Omicron" sürətlə yayılır - Avropa yeni COVID dalğası ilə üzləşib

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Omicron" ştammının iki-üç gündə ikiqat artırmı qeydə alınaraq "Delta" variantına nisbətən yayılma üstünlüyünə malik olduğu artıq faklarla sübut olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "COVID-19" yoluxmalarının sayının keçən həftə qlobal miqyasda 11 faiz artmasından sonra deyib.

ÜST "COVID-19" həftəlik epidemioloji təhlillər göstərir ki, "Omicron" bir çox ölkədə yayılma sürətinə görə "Delta" variantını ötüb.

“Ardıcıl sübutlar göstərir ki, "Omicron" ştammı iki-üç günə iki dəfə artmaqla "Delta" variantına nisbətən yayılma üstünlüyünə malikdir. Böyük Britaniya və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə yoluxma halları sürətlə artır”, – deyə ÜST-ün məlumatında bildirilir.

Qeyd edək ki, Fransa, Böyük Britaniya, İtaliya, Yunanıstan və Portuqaliya da daxil olmaqla bir neçə Avropa ölkəsinin gündəlik infeksiyalara yoluxma hallarının rekord həddə çatıb. Fransada ötən gün 24 saat ərzində təxminən 180,000 yoluxma hadisəninin qeydə alındığı bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »