Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni adətlər və yeni qiymətlər
Yeni adətlər və yeni qiymətlər

Günbəgün çıxan yeni özəllikli telefonlar və onların mükəmməl şəkil çəkmək funksiyaları fotostudiyaların bazarına təsir edə bilmir. Bu qənaətə gəlməyimizin isə bir səbəbi var. İlin ən özəl bayramları, insanların xüsusi qeyd etdikləri günlər demək olar ki, bu studiolara insan axını baş verir.

Sosial şəbəkə istidafəçisisinizsə, yəqin ki, bu cür fotostudioların səhifələri, reklamları tez-tez qarşınıza çıxır. Çünki bu cür fəaliyyət gösətərən studioların sayı dəhsiz çoxdur və son illərdə durmadan artır. Xüsusi ilə bayram ərəfələrində təlabat o qədər çox olur ki, bu studiolarda çəkil çəkdirə bilmək üçün ən azı bir ay əvvəldən növbəyə yazılmalı olursunuz.

Hazırda da Yeni il bayramı ərəfəsidir və fotostudiolar qızğın iş qrafikində çalışırlar. Bu studioların qiymətləri isə dekorundan, şəkili çəkən aparatın yeniliyindən, funksiyalarında, fotoqrafdan asılı olaraq, dəyişir. Gəlin fotostudioların Yeni il çəkilişləri üçün nəzərdə tutduqları qiymətlərlə tanış olaq.

“Balstudio” - burada 1 uşaq üçün ilk dekor 20 azn, növbəti dekorlar isə 10 azn-dən hesablanır. Çəkilişə geyimlər, maket tort daxuldir. Lakin valideynlər də övladları ilə şəkil çəkdirmək istəsələr əlavə ödəniş etməli olacaqlar.

“Hellodtudio” - 2 uşaq, ata-ana 1 dekorda şəkil çəkdirsə, 20 azn-dir. Hər artan dekora görə isə əlavə 20 azn ödənir. Şəkil sayı isə 20 ədəddir.

“Raw kids studio” - dekabr ayının 1-dən 25-nə kimi endirimli qiymətlər təyin edib. Burada 1 dekor 20 azn (15-20) şəkil, 2 dekor 30 azn (25-30 şəkil), 3 dekor 40 azn (35-40 şəkil), 3 dekor və albom 55 azn, 4 dekor və albom 65 azn.

“Viva foto studio” – şəkil sayının 10-15 olması və elektron formada verilməsi şərti ilə 10 azn.

“Fcherry photography” – uşaqları üçün 1 dekorda çəkiliş 35 azn. Bu halda 5 işlənmiş şəkil verilir. 10 ədəd şəkil istəsəniz 50 manatdır və iki dekorda çəkilişə imkan verilir. 20 ədəd şəkil isə 75 manatdır.30 şəkil isə 100 manatdır. Ailəvi çəkiliş etmək istəsəniz bu zaman qiymətlər dəyişəcək.

“Whitemedia” – 3 dekorda 1 saat limitsiz çəkiliş, şəkillərin korreksiya olunması, panoramik albom 75 azndir. Almozsuz isə 55 azn.

“Naxish studio” – 5 dekorda yeni il çəkilişi 49 azn. Şəkil sayına isə limit qoyulmur. Lakin bu kampaniya müəyyən müddətə kimi keçərlidir.

Qeyd edək ki, aralarında kampaniya təşkil edən, daha ucuz qiymətə çəkiliş aparan studioların bəzilərində növbə gözlənilmir, vəd edilən şəkil sayı, vaxt limiti nəzərə alınmır, şəkillərin verilməsi ləngidilir və s.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »