Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dişlərin sağlamlığı necə qorunmalıdır
Dişlərin sağlamlığı necə qorunmalıdır

Dişlərin forması və böyüklüyü bir-birindən fərqlidir. İnsan həyatı boyu iki dəfə diş dəyişdirir. 6 aylığından başlayıb 2,5 yaşına qədər çıxan dişlər süd dişləri adlanır. Bu zamana qədər 20 süd dişi çıxır. Süd dişləri qalıcı dişlərlə müqayisədə daha kiçik olur. 7-8 yaşında süd dişləri tökülür və qalıcı dişlər çıxır. 18-22 yaşında da insan diş çıxarır. Bu dişlər isə, ağıl dişi adlanır. Bəzi insanlarda bu daha gec baş verə bilir.

Sağlam orqanizmin olması üçün dişlər sağlam olmalıdır. Çünki dişlər vasitəsilə qidalar çeynənilir, orqanizmə qəbul edilir. Diş həkimi Anar Cəmilov Bizimyol.info saytına müsahibəsində bildirib ki, dişlər sağlam olmadığı zaman qidaları yaxşı çeynəyə bilmərik. Yaxşı çeynənilməmiş qidalar isə, bəzi həzm sisttemi problemlərinə yol aça bilər. Çürük dişlər ağızda qoxuya, diş və baş ağrısına, həzm problemlərinə səbəb olur. Dişlərin sağlamlığənı qorumaq üçün isə, qidalanmaya fikri verməli yetərli qədər A,C və D vitaminləri qəbul etməliyik.

“Möhkəm qidalar (qoz-fındıq) dişlərlə qırmaq olmaz. Çox şirin qidaları və turşu tərkibli içkiləri az istifadə etmək lazımdır. Çox isti və ya çox soyuq qida və içkiləri yeyib-içmək olmaz. Yeməklərdən sonra dişlər fırçalanmalıdır” - deyə həkim bildirib. Onun sözlərinə görə, insanlar qalıcı dişlərin çox zaman qayğısına qalmadığı üçün 30 yaşında bəzi insanlarda dişlər çox az sayda qalır.

Dişlərin sağlamlığını necə qoruyaq?

Həkim bildirir ki, dişlərə qulluq uşaq yaşlarından başlamalıdır. Doğru və düzənli qulluq dişlərin güclü olmasına yardım edir. Buna görə də, bəzi qidaları qida rasionuna əlavə etmək lazımdır.

  • Süd, sümüklərə olduğu qədər dişlər üçün də kalsium baxımından çox önəmlidir. Çənə sümüyünü gücləndirməyə yardım edən süd bir çox xəstəliklərin də qarşısını alır.
  • Şəkərli qidalar diş minasını sıradan çıxaırır və dişlərin çürüməsinə səbəb olur. Kişmiş, şirin və yapışqan olmasına baxmayaraq ağızda bakteriyaların yaranmasının qarşısını alır.
  • Pendir ağızda ph balansını qoruyur. Dişlərdə oyuqların qarşısını alır. Tərkibində olan kalsium, fosfor, protein kimi maddələr dişlərdə daş yaranmasının qarşısını alır.

    Pendir həm də ürümənin qarşısını alır. Şəkərli bir şey yedikdən sonra ağıza atılan bir parça pendir, şəkərin dişlərinizə olan mənfi təsirini aradan qaldırır.

  • Portağal, diş ətlərinin sağlamlığını qoruyur. Diş əti iltihabının qarşısını alır. Eyni zamanda içində flor oduğu üçün dişin sərt təbəqəsini gücləndirir.
  • Ən önəmlisi; su, diş çürüməsinin qarşısını alır. Qida artıqlarının təmizlənməsinə yardım edir. Diş minasının zərər görməsinin də qarşısını alır.

Həkim bildirir ki, dişlərin sağlamlığını qorumaq üçün azı ildə bir dəfə dişləri müayinə etdirmək vacibdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »